main-post-cover

    Apple AirTag axtarış trekerinin render fotoları təqdimatdan öncə sızdırılıb

    Elm & Texnologiya
    15.09.2020
    Emil Nəcəfov
        Apple şirkətinin bugün axşam baş tutacaq təqdimat tədbirindən öncə internetdə şirkətin ən çox gözlənilən yeni məhsullarından birinin render fotoları ortaya çıxıb. Söhbət, itmiş cihazların tapılması üçün nəzərdə tutulmuş AirTag adlı axtarış trekerindən gedir. Məşhur insayder Jon Prosser sözügedən cihazın dizaynını sərgiləməklə yanaşı həmçinin onun texniki özəllikləri və qiyməti barəsində də məlumat verib. Bu barədə Phonearena saytı xəbər verib. Beləliklə təqdim edilmiş render fotolara əsasən AirTag cihazı qəpik formasında hazırlanıb.
        Cihazın gövdəsində yazılmış yazıya əsasən AirTag cihazı U1 çipi ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, bu çip keçən il iPhone 11-in təqdimatı zamanı təqdim olunmuşdu. Bu isə o deməkdir ki, sözügedən çip vasitəsilə AirTag öz yerləşdiyi yer barəsində məlumatı Bluetooth və Wi-Fi modullardan daha dəqiq verəcək. Məlumata əsasən sözügedən cihazın yerini iOS, iPadOS macOS əməliyyat sistemlərində olan Find My tətbiqi vasitəsilə təyin etmək mümkün olacaq. İnsayder qeyd edib ki, Apple şirkətinin bu yeni məhsulu 69$-99$ qiymətində satışa çıxacaq. 
    Linki kopyala