main-post-cover

    Apple AirPods 3 qulaqlığı hansı dizayna sahib olacaq və nə zaman təqdim olunacaq?

    Elm & Texnologiya
    23.06.2020
    Farid Pardashunas
        Məşhur çinli analitik Ming-Chi Kuo naqilsiz Apple AirPods 3 qulaqlığə barəsində yeni proqnozunu verib. Bu barədə Macrumors saytı xəbər verib. Analitikin verdiyi məlumata əsasən AirPods 3 qulaqlığı keçən ilin oktyabr ayında təqdim edilmiş AirPods Pro modelinin dizaynını əldə edəcək. Beləliklə AirPods 3 modeli dəyişdirilə bilən başlıqlara sahib olmalıdır.
        Bundan əlavə olaraq AirPods 3 modeli AirPods Pro kimi ətraf səs-küyün aktiv şəkildə boğulması özəlliyini və IPX4 standartı üzrə sudan və tərdən qorunma texnologiyasını əldə etməldiir. Analitikin proqnozuna əsasən Apple şirkəti AirPods 3 qulaqlıq modelini 2021-ci ilin birinci yarısında təqdim edəcək. O həmçinin qeyd edib ki, bu il təqdim olunacaq iPhone 12 modellərinin komplektlərində AirPods qulaqlıqları olmayacaq. Bu üsul ilə Apple şirkəti qulaqlıqların satışlarını daha da yüksəltmək istəyir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər