main-post-cover

    Apple AirPods 2 qulaqlıqlarında olacaq yeniliklər

    13.03.2018
    Nijat Hamid
    "Apple" şirkəti iPhone modellərində artıq 3.5 mm-lik qulaqlıq girişləri olmadan istehsal etdiyini bilirik. Bu səbəbdən şirkət AirPods adında iPhone istifadəçiləri üçün xüsusi hazırlanmış qulaqlıqlar istehsal etdi.
        Qiyməti çox baha olsa da, bir xeyli sevildi və uğurlu satış rəqəmləri əldə etdi. Bu uğurları görən "Apple" Airpods 2 adında yeni versiyası üzərində işlədiklərini elan etmişdilər. Nə kimi yeniliklər gələyəci isə yavaş-yavaş bəlli olmağa başlayır
    AirPods 2 ilə birliktə yüksək keyfiyyətli "Kənar səsləri bloklaşdırma" texnologiyası gəlir.    
    Bildiyimiz kimi qulaqlıq istifadə edərkən kənardan gələn səs və küylər qulaqcıqdakı səsi eşitməyimizə mane olur. Bir çox istehsalçı öz qulaqlıqlarında bir sıra texnologiyalardan istifadə edərək, bu səsləri zəiflədir və ya tamamilə bloklayır. Barclays analizçilərinin dediklərinə görə "Apple" şirkəti yeni AirPods 2 qulaqlıqlarında bir sıra yeniliklərdən əlavə kənar səsləri zəiflətmək, hətta tamamilə yox etmək üçün çalışır.
    Bundan əvvəlki Bloomberg xəbərlərinə görə isə, şirkət qulaqlıqlar üçün yeni naqilsiz əlaqə çipsetləri üzərində işlədiyi bəlli olmuşdu. Belə ki, bu çipset sayəsində AirPods qulaqlıqları birbaşa iPhone telefonlarındakı səsli menecer Siri ilə əlaqə qura biləcək. Yenə Bloomberg xəbərlərinə əsasən, 2019 model AirPods qulaqlıqları üçün də planların hazır olduğu deyilir. Belə ki, 2019 model AirPods-larda suya və toza dayanıqlılıq kimi bir sira yeniliklər olacaq.
    Sizcə, AirPods 2 qulaqlıqlarını yüksək məbləğdə pul verib almağa dəyərmi? 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər