main-post-cover

    Apple A14 Bionic prosessoru Geekbench testlərində Snapdragon 865-i geridə qoydu

    Elm & Texnologiya
    16.03.2020
    Farid Pardashunas
        iPhone 12 smartfonunun təqdim olunmasına hələ çox zaman olmasına baxmayaraq onun sahib olacağı Apple A14 Bionic prosessoru artıq Geekbench bençmark saytında testlərdən keçib. Geekbench testlərindən keçmiş prosessorun göstəriciləri isə diqqəti cəlb edir. Belə ki, o, əvvəlki Apple A13 Bionic-dən əlavə hal hazırda mobil cihazlar bazarına olan ən güclü prosessor Snapdragon 865-i də geridə qoyub. Bu barədə 4pda saytı xəbər verib.
        Beləliklə Geekbench testlərinə əsasən maksimal 3.1 GHz tezlikdə çalışan 6 nüvəli Apple A14 Bionic prosessoru birnüvəli testdə 1658 xal, çoxnüvəli testdə isə 4612 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, Snapdragon 865 prosessoru Geekbench-in birnüvəlin testində 930 xal, çoxnüvəli testində isə 3445 xal toplayır. Qeyd etmək lazımdır ki, Apple A14 Bionic prosessoru TSMC şirkətinin zavodlarında 5 nanometrlik texnoloji proses əsasında hazırlanacaq. Bu prosessorun irimiqyaslı istehsalının başlaması aprel ayına planlaşdırılır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər