main-post-cover

    Apple Intel prosessorlarından imtina edir: Mac kompüterlərində hansı prosessorlar istifadə olunacaq?

    Elm & Texnologiya
    23.06.2020
    Emil Nəcəfov
        Online formatda keçirilmiş WWDC 2020 tədbirinin sonunda çoxdan gözlənilən anons baş verib. Belə ki, şirkət CEO-su Tim Cook, Mac kompüterlərinin tarixlərində yeni mərhələnin startını elan edib. Apple şirkəti öz kompüterlərini özünün istehsalı olan ARM prosessorlara keçirdir. Fərdi ARM proessorlardan istifadə öz növbəsində Apple şirkətinə iOS cihazlarda olduğu kiimi software tərəfini hardware üzrə daha yaxşı optimizasiya etmək imkanını verəcək. Şirkət qeyd edib ki, onun ARM prosessorları digər istehsalçıların təklif etikləri variantlardan daha güclüdürlər.
        Bununla yanaşı şirkətin ARM prosessorları daha aşağı enerji sərfiyyatına, güclü qrafik sistemə, machina learning tapşırıqlarını yerinə yetirmək üçün neyron blokuna, yüksək effektivli audioprosessora, təhlükəsizlikdən cavabdeh olan bloka və digər üstünlüklərə sahibdirlər. ARM prosessorları əsasəndı hazırlanacaq kompüterlər rahatlıqla iPhone iPad tətbiqlərini işə sala biləcəklər. Bundan əlavə olaraq şirkət macOS-də olan bütün standart tətbiqləri yeni platforma üçün optimizasiya edib. Həmçinin yeni platforma üçün FinalCut, Offie, Lightroom, Photoshop Logic Pro kimi tətbiqlərin dəstəklənməsi elan edilib.
        Microsoft Adobe şirkətləri öz əsas tətbiqlərinin yeni platforma üzrə optimizasiyaları ilə məşğuldurlar. Digər tərtibatçılar öz tətbiqlərini Xcode vasitəsilə optimizasiya etməli olacaqlar. Apple şirkətinin məlumatına əsasən tətbiqlərin yeni platforma üzrə optimizasiya olunmalarına bir neçə gün vaxt lazım olacaq. Bununla yanaşı ARM prosessorlarda Rosetta 2 texnologiyası vasitəsilə x86 tətbiqlərini işə salmaq mümkün olacaq. ARM prosessor əsasında hazırlanacaq yeni Mac kompüteri artıq bu il təqdim olunacaq. Bununla yanaşı Apple qeyd edib ki, bütün Mac modellərinin ARM prosessorlarına keçid etmələri sürətli olmaya bilər. Belə ki, şirkət yaxın zamanda Intel prosessorlarına sahib yeni kompüter modellərini təqdim etməlidir.
    Linki kopyala