Apple 6G texnologiyalarının yaradılması üçün mühəndislərin axtarışına başlayıb

Apple 6G texnologiyalarının yaradılması üçün mühəndislərin axtarışına başlayıb

Texnologiya
19.02.2021 PAYLAŞIM

    Fevral ayının ortasında Apple şirkəti naqilsiz sistemlər üzrə mühəndislərin və tədqiqatçıların axtarışı vakansiyalarını yerləşdirmişdi. Vakansiyalarda qeyd edilib ki, mühəndislər Apple məhsullarının gələcəklərinə dərin təsir göstərəcək yeni nəsil texnologiyanın yaradılmasında iştirak edəcəklər. Onlar həmçinin 6G texnologiyasına həsr edilmiş akademik və sənaye forumlarında iştirak edəcəklər. Vakansiya üzrə axtarılan şəxslər Apple şirkətinin San Dieqo və Silikon Vadisindəki ofisləri üçün lazımdır. Məhz həmin ofislərdə şirkət naqilsiz texnologiyaların yaradılması və mikrosxemlərin dizaynları ilə məşğul olur.

    Bu barədə Bloomberg saytı xəbər verib. Vakansiyalardan belə qənaətə gəlmək olar ki, Apple şirkəti 6G texnologiyasının müxtəlif yaradılma mərhələlərində iştirak etməyi planlaşdırır. 6G texnologiyasının nə zaman istifadəyə veriləcəyi bilinmir. Lakin mütəxəssislərin sözlərinə əsasən bu, 2030-cu ildən tez baş verməyəcək. Keçən ilin noyabr ayında Apple şirkəti Next G Alliance adlı alyansa qoşulmuşdu. Bu, 6G texnologiyası üçün standartların və digər nəsil texnologiyaların yaradılması ilə məşğul olan şirkətləri bir araya gətirən alyansdır.


    Sözügedən alyansda Intel, Google, HP və digər şirkətlər mövcuddurlar. 6G üçün standartlar hələ dəqiq təyin edilməsə də analitiklərin sözlərinə əsasən onun sürəti 5G-dən 100 dəfə yüksək olacaq. Hal hazırda Apple üçün 5G modemlərin istehsalı ilə Qualcomm şirkəti məşğul olur. 2019-cu ildə bu şirkətlər 6 illik əməkdaşlıq müqaviləsi bağlamışdılar. Lakin keçən ilin dekabr ayında Bloomberg bildirmişdi ki, Apple öz smartfonları üçün fərdi modem üzərində çalışır və o, Qualcomm-un modemlərini əvəz etməlidir. Bu layihə üzərində 2019-cu ildə Intel-dən Apple şirkətinə keçid etmiş mühəndislər çalışırlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-un ilk AR eynəyinin nə zaman satışa çıxacağı məlum olub

Facebook-un top meneceri şirkətin ilk AR eynəyi barəsində yeni məlumatlar verib. Verilmiş məlumatlar..


Apple bəzi səbəblərə görə Lightning girişindən imtina etməyəcək

Öz yeni hesabatında məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin gələcəkdə öz məhsullarında Lightni..


Yer kürəsinin orbitində ilk kosmik hotelin inşasına start veriləcək (VİDEO)..

Orbital Assembly Corporation şirkəti dünyanın ilk kosmik hotelinin inşasının tarixini elan edib...


Çinin BOE şirkəti hər iki istiqamətə qatlana bilən ekran yaradıb (VİDEO)..

Bu, BOE şirkətinin eksklüziv texnologiyasıdır və heç bir digər şirkət belə bir texnologiyanın analoq..


10 saniyəlik video 6.6 milyon dollara satılıb

10 saniyəlik vdeonu almış şəxs ümumilikdə hər bir saniyə üçün 660.000$ vəsait ödəyib. ..


Sürücülərin çoxu avtopilot sistemli avtomobillərin istifadəyə verilməsindən qorx..

Amerikalı tədqiqatçılar öyrəniblər ki, sürücülərin böyük hissəsi yollarda pilotsuz avtomobillərin iş..

×