main-post-cover

    Andy Rubin-in yeni telefonu Essential Phone nə vaxt satışa təqdim ediləcək?

    10.07.2017
    Farid Pardashunas
    Essential Phone ilə əlaqədar yeni hadisələr yaşandı. Yaşanan hadisələr ilə birlikdə gecikən Essential Phone neçə gün içərisində satışa təqdim ediləcəyi qəti olaraq müəyyən oldu!

    “ Android”in qurucusu Andry Rubin-in yeni telefonu Essential Phone nə vaxt satışa çıxacağı məlum oldu. 30 Mayda təqdim edilən Essential Phone, istifadəçilərə verilən tarixə görə 29 İyunda bazara çıxacaqdı. Lakin ortaya çıxan texniki problemlərdən və bu mövzuda tələsməyən  səlahiyyətlilər, telefonun neçə gün içərisində satışa təqdim ediləcəyini ictimaiyyətə bildirdi.
    Edilən açıqlamaya görə qarşımızada kı 30 gün içərisində təqdim ediləcəyini bildirən səlahiyyətlilər, bir daha belə bir gecikmənin olmayacağını da dilə gətirdilər.
    Qualcomm-un yeni nəsil prosessoru Snapdragon 835 prosessorundan gücünü alacaq olan yeni telefon, həmçinin 4 GB yaddaşı sahəsi ilə olduqca yaxşı bir performans sərgiləyəcək.
    Ekran-gövdə nisbətiylə tam fərqli bir telefon olan Essential Phone çərçivəsiz ekranı ilə də istifadəçilərə yüzdə 85%-lik sensor ekranı təqdim edəcək.
    649 dollarlıq qiymət etiketi ilə yalnız Amerikada satışa çıxacaq olan Essential Phone, hələ ölkəmizdə və ya başqa ölkələrdə satışa təqdim ediləcəyi haqqında bir məlumat yoxdur.
    Linki kopyala