main-post-cover

    Android üçün olan yeni virus bank zənglərini izləyir

    Elm & Texnologiya
    19.03.2018
    Emil Nəcəfov
    Symantec şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri Android əməliyyat sistemli cihazlara yönəlik Fakebank virusunun yeni versiyasını aşkar ediblər. Bu virusun fərqləndirici üsulu pul vəsaitlərinin oğurlanması üsuludur. Hackerlər bu virus sayəsində istifadəçilərin banklarla olan telefon danışıqlarını izləyərək vacib məlumatları əldə edə bilirlər. Daha əvvəllər Fakebank virusu SMS-ləri və bankdan olan telefon zənglərini izləyə bilir və özünü mobil bankinq üçün nəzərdə tutulmuş tətbiq kimi təqdim edə bilirdi. Virusun təkmilləşdirilmiş versiyası isə həm daxil olan həm də gedən zəngləri təyin edə bilir. Bu virus bu cür çalışır:

    Gedən zənglər halında: İstifadəçi bankın real nömrəsini yığdığı zaman Fakebank idarəetməni öz üzərinə götürür və zəngi hackerin nömrəsinə ötürür. Bu zaman virus istifadəçinin smartfon ekranında real bank nömrəsini görməsi üçün saxta interfeys yerləşdirir.
    Daxil olan zənglər halında: Hackerdən zang daxil olan zaman istifadəçinin bank nömrəni görməsi üçün virus saxta interfeys yaradır.
    Bu vasitə ilə hackerlər kart nömrələri və onlara olan təhlükəsizlik şifrələri kimi vacib məlumatları əldə edə bilirlər. Fakebank virusu rəsmi olan kanallar vasitəsilə adi tətbiq şəklində yayılır. Bu cür dələduzluqların qurbanı olmamaq üçün yalnız təsdiqlənmiş mənbələrdən tətbiq yükləmək və həmin tətbiqlərin tələb etdikləri sorğulara diqqət yetirmək lazımdır.
    Linki kopyala