Android üçün olan 10 ən sürətli interfeys
Elm & Texnologiya
01.08.2018
Emil Nəcəfov
Master Lu Benchmark tərtibatçıları Android əməliyyat sistemi
üçün olan 10 məşhur interfeysi test edərək onların reytinqini tərtib ediblər.
Testlər bir neçə parametrlər üzrə keçirilib. Beləliklə tərtibatçılar veb tətbiqlərin
işləmə və yükləmə sürətlərini, videokameranın çalışması və çəkiliş keyfiyyətini,
smartfonun işə düşmə sürətini, tətbiqlərin açılması və bağlanmasını, faylların
kopyalanmasını və interfeyslərin animasiya sürətlərini test ediblər. Bütün bu
testlər əsasında interfeyslərə xallar verilib. Xallara əsasən demək olar ki,
bütün interfeyslər bir-birilərini minimum göstəricilər ilə ya üstələyir yada
geridə qoyurlar.
Bundan əlavə olaraq müxtəlif interfeyslərin müxtəlif
smartfonlarda olan göstəricilərinin test nəticələrinə necə təsir etdiyi də tam
olaraq məlum deyil. Belə ki, çox güman ki, tərtibatçılar bütün interfeysləri
bir smartfon üzərində yoxlamayıblar. Beləliklə birinci yerdə OnePlus şirkətinin
flaqman smartfonlarında istifadə olunan Hydrogen OS qərarlaşıb. İkinci yeri Huwei
şirkətinin interfeysi EMUI, üçüncü yerdə Çinin Smartisan adlı smartfonlarında
istifadə olunan Smartisan OS, dördüncü yeri Xiaomi şirkətinin MIUI interfeysi
tutub. Sonrakı yerləri isə sıra ilə Oppo şirkətinin Color OS interfeysi,
Samsung Experience, Google-dan olan Pixel Launcher, HTC Sense və Vivo şirkətinin
Funtouch interfeysi tutublar. Sonuncu yerdə Nubia UI interfeysi qərarlaşıb.
Meizu şirkətinin Flyme interfeysi isə ümumiyyətlə bu top 10-luqda yer almayıb.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!