main-post-cover

    Android Q'nü ilk əldə edəcək Samsung smartfonlarının siyahısı ortaya çıxıb

    17.06.2019
    Farid Pardashunas
        Məşhur hindistanlı insayder Mukul Sharma öz Twitter hesabında hansı Samsung smartfonlarının ilk öncə Android Q əməliyyat sistemini əldə edəcəkləri üzrə siyahını təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, insayder tərəfindən təqdim olunmuş siyahı heç də rəsmi deyil və buna görə də yekun siyahı indikindən tamamilə fərqlənə bilər.

        Lakin onu da qeyd etmək lazımdır ki, əvvəlki proqnozlarında Mukul Sharma çox nadir hallarda səhvə yol verib. İnsayder təqdim edilmiş siyahıdakı smartfonlar üçün Android Q-nün nə zaman təqdim olunacağı barəsində məlumat verməyib. O sadəcə olaraq yeni əməliyyat sistemini əldə edəcək potensial Samsung modellərini təqdim edib. Beləliklə ümumilikdə 21 smartfon modeli. Siyahıdan da göründüyü kimi şirkət hələki Galaxy A seriyası ilə yetinərək bu ilki smartfon modellərini Android Q-yə qədər yeniləməyə tələsmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər