Android Q'nü əldə edəcək ilk Huawei smartfonları məlum oldular
Elm & Texnologiya
17.06.2019
Farid Pardashunas
Bir neçə müddət bundan öncə məlum olmuşdu ki. ABŞ sanksiyalarına baxmayaraq Huawei şirkəti Android Q əməliyyat sistemi əsasında hazırlanmış EMUI 10 interfeysinin testinə start verib. İndi isə internetdə Android Q əməliyyat sistemini ilk əldə edəcək Huawei smartfonlarının siyahısı ortaya çıxıb. Bu barədə Gizchina saytına istinadən Gagadget saytı xəbər verib. Beləliklə ortaya çıxmış siyahıda P30, P20, Mate 20 və P Smart seriyasından olan smartfon modelləri daxil olublar:
- Huawei P30
- Huawei P30 Pro
- Huawei P30 Lite
- Huawei Mate 20
- Huawei Mate 20 Pro
- Huawei Mate 20 5G
- Huawei P Smart 2019
- Huawei P Smart+ 2019
- Huawei P Smart Z
- Huawei P20
- Huawei P20 Pro.
Sözügedən siyahıda Honor brendinin smartfon modelləri olmasa da bu o demək deyil ki, həmin smartfonlar Android Q əməliyyat sistemini əldə etməyəcəklər. Şirkətin öz smartfon modellərini nə zaman Android Q-yə kimi yeniləyəcəyi barəsində heç bir məlumat yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək