main-post-cover

    Android'in yaradıcısı Andy Rubin Essential Phone 2 smartfonunun anonsuna işarə etdi

    Elm & Texnologiya
    12.06.2019
    Farid Pardashunas
        Birinci model Essential Phone-nun anonsundan artıq 2 il keçib. Lakin həmin smartfon modelinin satışlarının uğursuz olması nəticəsində onun istehsalı dayandırıldı və ikinci modelin anonsu məsələsi sual altında qaldı. Lakin Essential Phone brendinin gələcək inkişafı barədə məsələyə Android əməliyyat sisteminin yaradıcısı Andy Rubin aydınlıq gətirib. Bu barədə Phonearena saytına istinadən 4pda saytı xəbər verib.

        Hal hazırda Essential Products şirkətinin CEO-su qismində fəaliyyət göstərən Andy Rubin Twitter-də Essential Phone-nun növbəti modeli ilə maraqlanan bir istifadəçinin tweet-nə cavab verib. Onun sözlərinə görə yaxın zamanda bu məsələ ilə bağlı elan olacaq. Sadəcə olaraq biraz gözləmək lazımdır. Öz cavabında Andy Rubin Essential Phone 2 smartfon modelinin anonsu barəsində heç bir məlumat verməsə də çox güman ki, söhbət məhz smartfon anonsundan gedir.
        Qeyd etmək lazımdır ki, Essential Phone 2 barəsində bir sıra məlumat sızıntısı daha öncədən internetdə yayılmışdı. Hələ təqdim olunmamış smartfon barəsində dəqiq bir məlumat yoxdur. İlk məlumat sızıntılarına əsasən Essential Phone 2 kənarları əyilmiş çərçivəsiz ekran, birinci modeldən fərqli olaraq yaxşılaşdırılmış arxa kamera və smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə yerləşdirilmiş ön kamera ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər