Android'in qlobal sistem boşluğu Android smartfonların 99%'ni izləməyə imkan verir
Elm & Texnologiya
03.09.2018
Emil Nəcəfov
Google şirkəti mütəmadi olaraq öz əməliyyat
sisteminin yeni versiyasını təqdim etməklə sistem boşluqlarını aradan qaldırır
və bütün gücü ilə öz əməliyyat sisteminin təhlükəsizliyini təmin etməyə
çalışır. Lakin məlum olub ki, şirkətin bu səyləri heç də əməliyyat sisteminin
bütün boşluqlarını aradan qaldırmayıb. Belə ki, aşkar edilmiş yeni sistem
boşluğu bazarda olan bir çox Android əməliyyat sistemli smartfonları təhlükə
altına qoyub. Nightwatch Cybersecurity tədqiqat şirkəti bu barədə yeni hesabat
təqdim edib.
Həmin hesabatda bir çox Android istifadəçilərini təhlükə altına
qoyan CVE-2018-9489 kodlu sistem boşluğu barəsində məlumat verilib. Sözügedən
sistem boşluğu Android-in intents adlı daxili funksiyasına əsaslanır. Qeyd etmək
lazımdır ki, bu funksiya tətbiqlərə və əməliyyat sisteminin özünə smartfonun
daxili hesabatları barəsindəki məlumatları ötürməyə icazə verir. Zərərli tətbiqlər
isə şəbəkə məlumatlarını əldə etmək üçün standart icazəni alandan sonra
hackerin serverinə lazımi məlumatları ötürə bilərlər.
Beləliklə hackerlər Wi-Fi
şəbəkəsinin adını, DNS serverin məlumatlarını, BSSID və lokal IP ünvanlar barəsində
məlumatları əldə edə bilərlər. Bundan əlavə olaraq dəyişilməz olaraq qalan MAC
ünvanı əldə edəndən sonra hackerlər smartfon istifadəçisini identifikasiya edərək
smartfonun yerini təyin edə bilərlər. Şirkət bildirib ki, bu təhlükə yeni
Android 9.0 Pie əməliyyat sistemini işlədən istitifadəçilər üçün artıq qorxulu
deyil. Belə ki, Google şirkəti Android-in bu versiyasında sözügedən sistem
boşluğunu operativ olaraq aradan qaldırıb.
Lakin yerdə qalan Adnroid
versiyalarının əsasında çalışan smartfonlar hələ də bu təhlükənin riski
altındadırlar. Şirkət təmsilçiləri bildiriblər ki, Google daha köhnə Android
versiyalarında bu sistem boşluğunu aradan qaldırmağı planlaşdırmır. Bu təhlükədən
yan keçmək üçün kibertəhlükəsizlik üzrə mütəxəssislər kənar mənbələrdən tətbiqlərin
yüklənməsini məsləhət görmürlər.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!