Android Go və Android One: Xüsusiyyətləri və fərqləri nələrdir?

Android Go və Android One: Xüsusiyyətləri və fərqləri nələrdir?

Texnologiya
27.04.2018 PAYLAŞIM

Android əməliyyat sistemini həyatımıza daxil edən dünya nəhəngi Google son illərdə yan versiyalar da çıxartdı. Android OneAndroid Go adlarına malik olan bu sistemlərin hansi cihazlarda işlədiyi, stock android-ə nəzərən hansı fərqləri olduğunu Technote olaraq sizlər üçün incələdik.

Android One nədir ? Normal Android-dən hansı xususiyyətləri ilə fərqlənir ?     

Bənzər xəbər


Android One əslində Stock Android-dir. Lakin bir sıra fərqləri var. Normal android versiyalarında olduğu kimi dediyimiz şirkətə və markaya məxsus olan interfeys işlətmir və buna görə daha sürətli işləyir. Google şirkətinin stok interfeysi ilə gəlir. Digər versiyalardan fərqi daha az ram işlədir, daha yüngül sistemdir, daha az yer tutur və daha az arxafon servisi işlədir. Hər ay Google tərəfindən təhlükəsizlik yenilənmələri alır və hər il yeni android versiyası çıxanda ilk Android One sistemli telefonlara gəlir. Bundan əlavə olaraq, hər il yeni Android versiyası çıxanda bu telefonlar uzun müddət dəstəkləyir. Halbuki, normal Android sistemli telefonlar maksimum 2 versiya sonra yeni sistemi dəstəkləmir.

Başlıca fərqlər aşağıdakılardır:

  • UI interfeysi yoxdur. Yəni daha az funksiya və daha çox stabillik nümayiş etdirir.
  • Daha az ram istifadə edir, daha performanslı olur, daha az yaddaş istifadə edir.
  • Daha sürətli və axıcı olur.
  • Bu sistemi istifadə edən telefonlar digər telefonlardan fərqli olaraq Tema dəyişmək kimi xüsusiyyətlər olmur. Estetik olaraq sadədir.
  • Hər ay təhlükəsizlik yenilənmələrini alır və hər il çıxan yeni Android versiyalarını uzun müddət dəstəkləyir (3-4 il əsasən)         

Android One sisteminin Stok Android-dən fərqləri aşağıdakılardır:

  • Android One istifadə edilən telefonda mütləq Android One loqosu olmalıdır.
  • Telefon ilə gələn bütün proqramlar Google tərəfindən təyin edilir. Ağır və sistemi yorucu proqramlar telefona inteqrasiya halında gələ bilməz.
  • Şirkət telefonun yenilənmələrini vaxtında verməlidir.        


Android Go nədir ? Normal Android və Android One-dan nə kimi fərqləri var ?    

Android Go sistemi 512 Mb-1 Gb Ram istifadə edən zəif parametrli telefon üçün hazırlanıb. Bu sistemi işlədən telefonda sadəcə Google-a məxsus proqram olur, amma bu proqramlar Lite versiya olurlar. Yəni yüngülləşdirilmiş və aşağı rama optimizasiya edilmiş olurlar. Hətta Play Store-da bu sistem üçün ayrıca kateqoriya var və Lite versiya proqramların hamsı oradan yüklənə bilir. Bu sistem Android One-dan daha yüngül sistemdir. Amma dediyimiz kimi çox zəyif olan ucuz telefonlarda istifadə edilir. Bunu istifadəyə verməkdə Google şirkətinin məqsədi, bütün istifadəçi ekosisteminə Android əməliyyat sistemi təcrübəsini yaşatmaq istəməsidir. Hal-Hazırdakı Go sistem Android 8.1 üzərində qurulub və Android Oreo 8.1 ( Go edition) adlanır.

Başlıca fərqlər aşağıdakılardır:

  • 512 Mb-1 Gb Ramı və 8 Gb yaddaşı olan telefonlar üçün xüsusi hazırlanmış sistemdir.
  • Sistem ilə gələn bütün proqramlar Google-a məxsusdur.
  • Bütün proqramlar Lite versiya adlanır və xüsusi olaraq bu sistem üçün optimizasiya edilib.
  • Yenilənmə dəstəyi uzun müddətlidir.
  • Ən vacib Google proqramlarına malikdir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


30% daha sürətli çalışma: Snapdragon 875 prosessoru AnTuTu testindən keçib..

Qualcomm şirkəti Snapdragon 875 flaqman prosessorunun təqdimatına hazırlaşır və bu səbəbdən də insay..


Huawei şirkəti 200 vatt gücündə sürətli şarj texnologiyasını yaradıb: Lakin bir ..

Bir neçə müddət bundan öncə təqdim edilmiş Huawei Mate 40 Pro smartfonu 66 vatt gücündə sürətli şarj..


Hal hazırda bazarda olan ən yaxşı avtopilot sistemi hansıdır?

İnternetdə Tesla elektromobillərində olan avtopilot sistemi haqqında çoxlu sayda müsbət rəylərə rast..


Google ilə rəqabət yoxsa monopoliya qorxusu?: Apple şirkəti özünün axtarış siste..

Financial Times saytının verdiyi məlumata əsasən Apple şirkəti özünün axtarış sisteminin hazırlanmas..


Starlink-in ictimai beta test mərhələsi: Xüsusi təchizatın qiyməti ilə aylıq abu..

SpaceX şirkəti Starlink peyk internetinin ictimai beta test mərhələsinə start verildiyini elan edib...


Apple AirPower naqilsiz şarj stansiyasının aqibəti necə oldu?

3 il bundan öncə Apple şirkəti AirPower adlı naqilsiz şarj stansiyasını təqdim etmişdi.

×