main-post-cover

    Android cihazların kamera tətbiqində açıqlar aşkarlandı

    Elm & Texnologiya
    25.11.2019
    Nijat Hamid
            Uzun illər keçsə də Android sistemi hələ də lazımı səviyyədə təhlükəsizliyi təmin edə bilmir. Belə ki, yeni məlumatlara görə Android sistemlərdəki kamera tətbiqlərində müxtəlif açıqlar var. Checkmarx təhlükəsizlik komandası uzaqdan idarə edərək şəkil və video çəkilməsini mümkün edən bir açıq tapdılar. Bu açıq hesabına zərərli hər hansı bir proqram cihazla uzaqdan əlaqə quraraq kamera tətbiqi açıq olmasa belə şəkil və video çəkməyi mümkün edə bilər. 

    Checkmarx komandası əvvəlcə Pixel 2 XL və Pixel 3 cihazlarının stok kameralarında araşdırmalar etdilər. Sonra isə 1-dən çox açıq aşkar edilərək əslində bir çox markanın cihazlarında mövcud olduğunu aşkarladılar.    

            Checkmarx komandasının dediklərinə görə SamsungGoogle cihazları ən çox risk altında olanlardır. Lakin komanda digər markaların da risk altında olmasının mümkün olduğunu vurğuladı. Həmçinin Checkmarx bu təhlükəsizlik açıqlarını şirkətlərə bildirdiklərini də qeyd etdilər. Hal-hazırda Google Samsung rəsmiləri bu açıqları bağladıqlarını və cihazları ən son versiyaya yeniləmələrini dediləri.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər