main-post-cover

    Android cihaz istifadəçilərinin pullarını oğurlayan və fayllarını şifrələyən yeni virus aşkar edilib

    Elm & Texnologiya
    13.10.2017
    Farid Pardashunas
    “ESET” şirkətinin mütəxəssisləri Android əməliyyat sistemli smartfon və planşetlərdə məlumatları şifrələyən və cihazların özlərini block edən yeni virus aşkar ediblər.
    Hacker cihazın PIN kodunu dəyişərək onun daxilində olan məlumatları şifrələyə bilir. Şirkət mütəxəssisləri daha öncə zərərli proqram təminatları arasında bu cür funksiyalara sahib olanına heç rast gəlməmişdilər. DoubleLocker adlı şifrələyici, Android cihazlar üçün nəzərdə tutulmuş mobil bank troyanı əsasında hazırlanıb.
    Lakin o, bank kartlarının məlumatlarını oğurlamaq yerinə, birbaşa istifadəçinin pul vəsaitlərini oğurlayır. Mütəxəssislər əmindirlər ki, yeni virus, şübhəli saytlar vasitəsilə Adobe Flash Player altında yayılır. İşə salınandan sonra virus, Google Play Service adı ilə sistemin özəl imkanlarına yol tapmağa çalışır.
    Əgər istifadəçi buna razı olarsa, onda virus administrator haqlarını işə salır və özünü standart launcher kimi sistemə quraşdırır. İstifadəçi isə hər dəfə cihazın Home düyməsini klik edən zaman virus aktivləşir və cihazın ekranı yenidən blocka düşür. Bundan sonra isə istifadəçidən pul vəsaitinin oğurlanması prosesi başlayır.

    - DoubleLocker, smartfon və planşetə girişi məhdudlaşdıraraq cihazın PIN kodunu dəyişir. Bununla yanaşı yeni kod, cihazın yaddaşında saxlanmır və heç yerə göndərilmir. Ona görə də onu aşkar etmək qeyri-mümkündür.
    - Virus cihazın əsas yaddaşında olan faylları şifrələyir. Bunun üçün o, AES adlı şifrələmə alqoritmindən istifadə edir və .cryeye əlavəsini işə salır.
    Cihazı yenidən aktivləşdirmək və onun daxilindəki faylları geri qaytarmaq üçün istifadəçidən 0.0130 bitcoin dəyərində ödəmə tələb olunur. Əgər sözügedən məbləğ 24 saat ərzində hackerin hesabına köçürülməsə, onda fayllar şifrələnmiş olaraq qalacaqlar. Bu cür tələlərə düşməmək üçün oyun və tətbiqləri, sizə tanış olmayan saytlardan yükləməməyiniz məsləhət görülür. Yadınızda saxlayın ki, hackerlərin əsas silahları istifadəçilərin diqqətsizliyi və sadəlövhlükləridir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər