main-post-cover

    Android 9 Pie'dan əvvəlki Android versiyalarına geri dönüş mümkün olmayacaq

    Elm & Texnologiya
    08.08.2018
    Emil Nəcəfov
        Android 9 Pie əməliyyat sistemi əvvəlki Android versiyalarına geri dönüş özəlliyindən qoruma sisteminin tətbiq olunmasını smartfon istehsalçılarından tələb edir. Əvvəllər Google şirkəti bu funksiyanı yalnız "məsləhət olunan" kateqoriyasına aid edirdisə, indi şirkət onu məcburi hala gətirib. Bu isə o deməkdir ki, öz smartfonlarını Android Pie-ya kimi yeniləyən istifadəçilər Android Oreo və ondan əvvəlki Android versiyalarına geri dönüş edə bilməyəcəklər.
        Məlumata əsasən əvvəlki Android versiyalarına geri dönüş özəlliyinin aradan qaldırılması, əməliyyat sisteminin təhlükəsizliyini yüksəldir və Project Treble arxitekturası əsasında cihazların irimiqyaslı yenilənməsi prosesini sadələşdirir. Hal hazırda Pixel smartfon modellərinin hamısı və Essential Phone smartfonu Android 9 Pie əməliyyat sistemini əldə edə bilərlər. Bu cür qərardan razı qalmayan istifadəçilərə isə öz smartfonlarını yeni Android 9-a kimi yeniləmək məsləhət görülmür.
    Linki kopyala