Android 11 ilə birlikdə Bluetooth funksiyaları artır

Android 11 ilə birlikdə Bluetooth funksiyaları artır

Texnologiya
04.12.2019 PAYLAŞIM

        Android əməliyyat sisteminin növbəti versiyası Android 11 ilə bağlı ilk yeniliklər ortaya çıxdı. Bundan əvvəlki versiyalarda Təyyarə Rejimi-nə keçid edəndə cihaza Bluetooth üzərindən qoşulu bütün cihazlar deaktiv olurdu. Lakin Google bunun istifadəçilər üçün çox da faydalı bir funksiya olduğundan şüphə edərək növbəti versiyada bunu ləğv edəcək. Google şirkətinin AOSP Gerrit səhifəsində aşkarlanan məlumatlara görə "Bağlanan cihazlara həssas Bluetooth Təyyarə rejimi" adında yeni bir dəyişiklik tapıldı.

Android 11 ilə gələn bu funksiya aktivləşəndə sistem cihaza bluetooth üzərindən başqa bir cihazın bağlı olub olmadığını yoxlayacaq. Əgər əlaqələnən başqa bir cihaz varsa, Bluetooth Wi-Fi ilə birliktə söndürülməyəcək.

        

        Şəkildən göründüyü kimi Təyyarə rejimində keçid edəndə Bluetooth aşağıdakı 2 halda avtomatik söndürülməyəcək:

  1. Bluetooth A2DP profili aktiv və qoşulu olanda. ( Yəni hər hansı qulaqcıq qoşulu olanda ) 
  2. Bluetooh Eşitmə cihazları profili aktiv olanda.

        Görünən odur ki, bu funksiya sadəcə qulaqcıqlar üçün keçərlidir. Ağıllı saatlarbiləkliklər üçün də istifadə olunub olunmayacağı bilinmir. Artıq qulaqcıqların naqilsiz istifadəyə keçməsini nəzərə alanda yararlı bir funksiya kimi düşünülə bilər. Lakin istifadəçilərin Google-dan Android 11 ilə gözlədikləri yeniliklər daha effektiv və böyük şeylərdir. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Apple şirkəti yeni maliyyə rekorduna imza atdı

Hər il Apple şirkəti iOS əməliyyat sisteminin yeni versiyasının işıq üzü görməsindən bir neçə ay son..


Motorola Edge+ flaqman smartfonu Geekbench testlərindən keçib

Motorola-nın yeni flaqman smartfon modeli məşhur Geekbench bençmark saytının məlumatlar bazasında aş..


Qatlana bilən Motorola RAZR smartfon modelinin satışları yenidən təxirə salındı..

Keçən ilin noyabr ayında Motorola şirkəti öz ilk qatlana bilən smartfon modeli olan Motorola RAZR-ı ..


Apple fiziki Home düyməsini iPhone-na geri qaytaracaq

Sonuncu dəfə Apple şirkəti fiziki Home düyməsinə sahib iPhone modelini 2017-ci ildə satışa çıxartmış..


Apple bu il kompakt ölçülərə sahib iPhone 12 mini smartfon modelini təqdim edə b..

Son illərdə Apple şirkəti hər il 2 və ya 3 iPhone modeli təqdim edir. Qeyd etmək lazımdır ki, bu ili..


Apple şüşə materialdan hazırlanmış gövdəyə sahib iMac-ın patentini əldə etdi..

ABŞ-ın patent bürosu Apple şirkətinin yeni patent sorğusunu təsdiqləyib. Həmin patent sorğusunda şir..