Analitiklər Apple Vision Pro barəsində fikirlərini söyləyiblər

Analitiklər Apple Vision Pro barəsində fikirlərini söyləyiblər

Texnologiya
07.06.2023 PAYLAŞIM

    TrendForce şirkətinin analitiklərinin proqnozlarına əsasən Apple şirkəti gələn il 200 000 ədəd Vision Pro sata biləcək. Şirkətin yeni məhsulu öz eleqant dizaynı və yüksək texniki performansı ilə alıcıların diqqətlərini çəkə bilər. Bu halda o, AR VR sahədə əsl inqilab yaratmaq potensialına sahibdir. Lakin Vision Pro-nun istehsalat çətinliyi səbəbilə Apple onun satışlarını bu ilin dördüncü rübünə deyil, gələn ilin əvvəlinə təyin edib.

    Analitiklərin fikirlərinə əsasən bazarın bu yeni cihaza reaksiyası Apple şirkətinin onun daha sadələşdirilmiş versiyasını təqdim edib-etməyəcəyindən və bu cihaz çərçivəsində gündəlik istifadə üçün nəzərdə tutulmuş çoxlu sayda faydalı funksiyanı istifadəyə verib-verməyəcəyindən asılı olacaq. TrendForce analitikləri əmindirlər ki, yüksək texniki imkanlara sahib olmasına baxmayaraq yüksək satış qiyməti və xarici batareya hesabına cəmi 2 saat ərzində çalışma faktorları Vision Pro-nun istehlakçı bazarındakı aparıcı mövqelər tutmasına mane ola bilərlər.


    Bununla yanaşı hal hazırda Vision Pro adi istifadəçilər üçün nəzərdə tutulmuş maraqlı tətbiqlərin çatışmazlığına sahibdir. Buna görə də hal hazırki vəziyyətdə cihaz ilk növbədə tərtibatçılar və korporativ istifadəçilər üçün maraqlı ola bilər. Analitiklərin sözlərinə əsasən məhz bu baxımdan Vision Pro-nun belə yüksək satış qiyməti başa düşüləndir. Apple, Vision Pro-da ən çox istifadə ediləcək funksiyalar nöqteyi nəzərdən cihazın texniki göstəricilərini optimizasiya etmək imkanına sahibdir. Bunun sayəsində şirkət cihazın çalışma müddətini yüksəldə bilər və bununla yanaşı bu cür yanaşma Vision Pro-nun adi istifadəçilər üçün nəzərdə tutulmuş daha sadələşdirilmiş versiyalarını hazırlamaq imkanını verə bilər.



DAHA ÇOX


Samsung Galaxy Tab A9+ planşetinin texniki göstəriciləri ortaya çıxıb

Samsung şirkətinin hələ təqdim edilməmiş Galaxy Tab A9 planşet seriyasına daxil olacaq Galaxy Tab A9..


Apple elektromobili yaxın gələcəkdə işıq üzü görməyə bilər

Hələ bir neçə müddət bundan öncəyə kimi internetdə ara-sıra Apple şirkətinin elektromobil layihəsi b..


ASUS ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib - QİYMƏTİ..

ASUS şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib.


Xiaomi Black Shark Lucifer Earphones adlı yeni naqilsiz qulaqlıq təqdim edilib -..

Xiaomi şirkəti qlobal bazarda Black Shark S1 smart saatı ilə yanaşı həmçinin Black Shark Lucifer Ear..


Xiaomi qlobal bazarda Black Shark S1 adlı smart saatı təqdim edib - QİYMƏTİ..

Xiaomi şirkəti heç gözlənilmədən qlobal bazarda özünün Black Shark brendinin bir neçə yeni məhsulunu..


Acer 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni monitorunu təqdim edib - QİYMƏTİ..

Acer şirkəti özünün monitorlar seriyasını yeni model ilə genişləndirib.

×