main-post-cover

    AMD, Zen 4 və RDNA 3 arxitekturaları üçün təkmilləşdirilmiş 5 nm texnologiyası istifadə edə bilər

    Elm & Texnologiya
    17.04.2020
    Nijat Hamid
            AMD şirkəti bir sonrakı Zen 4RDNA 3 çip arxitekturaları üçün xüsusi optimizasiya edilmiş 5 nm istehsal texnologiyası istifadə edə bilər. Bilindiyi kimi Zen arxitekturası AMD prosessorlarda, RDNA arxitekturası isə AMD videokartlarda istifadə olunur. Hal-hazırda Zen 3RDNA 2 arxitekturaları 7 nm+ hazırlanması planlanır. Lakin onlardan sonra gələcək olan Zen 4 RDNA 3 arxitekturaları 5 nm istehsal texnologiyası ilə hazırlanacaq.

    AMD, yeni arxitekturaları üçün saf 5 nm yerinə xüsusi optimizasiya edilmiş 5 nm istehsal texnologiyası istifadə edəcək.

            Həm AMD, həm də Nvidia şirkəti silikon istehsalçısı olan TSMC şirkəti ilə sıx əlaqələr içindədir. TSMC şirkətinin 5 nm-lik istehsal texnologiyasını daha da təkmilləşdirərək daha güçlü lakin daha az enerji istifadə edən silikon çiplər istehsal edə biləcək. Bunun hesabına hazırlanan yeni Zen 4 arxitekturalı prosessorlar və RDNA 3 arxitekturalı videokartlar daha güclü olacaqlar. Hər iki arxitekturadakı məhsulların çıxması 2021-ci ilin sonlarına doğru planlayır. AMD rəqibi olan Intel-dən isə hələki səs yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər