main-post-cover

    AMD rəsmisi təsdiqlədi: Ryzen 4000 prosessorlu yeni noutbuklar gəlir

    Elm & Texnologiya
    27.04.2020
    Nijat Hamid
            AMD şirkəti Ryzen 4000 seriyalı prosessorlar ilə noutbuk ekosistemində Intel şirkətini geridə qoydu. Ryzen 4000 prosessorları 7 nm istehsal arxitekturası ilə hazırlandığı üçün Intel 10.nəsil prosessorlara görə daha az enerji istifadə edərək daha yüksək performans verə bilirlər. AMD rəsmilərindən olan Frank Azor, Twitter üzərindən verilən suallara cavab verərkən bildirdi ki, yeni noutbuklar bu ay və gələn ay satışa çıxacaq.

    Frank Azor: Bu ay və gələn ay Ryzen 4000 prosessorlarına malik bir çox noutbuk uyğun qiymətə satışa çıxacaq

            Frank Azor Twitter üzərindən Tech Deals adlı istifadəçiyə verdiyi cavabda yeni noutbukların yolda olduğunu bildirdi. Bu noutbuklar AMD şirkətinin ən yeni Ryzen 4000 prosessorlarından istifadə edəcək. Frank həmçinin bu noutbukların bəzilərində Nvidia videokartı yerinə AMD Radeon videokartlarının da olacağını vurğuladı.
            Həmçinin bildirdi ki, koronavirus pandemiyasına görə bəzi ölkələrdə gecikmələr ola bilər. Qeyd edək ki, Intel şirkəti hələ də noutbuk istehsalçılarına müəyyən basqılar edərək onları AMD prosessorlarından uzaqlaşdırmağa çalışır. Məsələn hal-hazırda noutbuk ekosistemində ən güclü noutbuklarda Nvidia videokartları Intel prosessorları ilə birliktə istifadə olunur. AMD Ryzen 4000 prosessorları 10.nəsil Intel prosessorlardan güclü olmasına baxmayaraq hal-hazırda ən güclü noutbuk seçimlərində Nvidia RTX 2060 Max-Q videokartı istifadə olunur. Ümid edirik ki, ekosistemdə Intel hegemoniyası azalar.
    Linki kopyala