AMD Radeon Boost gəlir: Video kartlar güclənəcək

AMD Radeon Boost gəlir: Video kartlar güclənəcək

Texnologiya
11.12.2019 PAYLAŞIM

        AMD şirkəti istehsal etdiyi video kartlar ilə də istifadəçilərin diqqətini çəkir. Bu səfər isə yeni texnologiyasını təqdim edən şirkət orta və giriş seqmenti ucuz video kartlarda performans artımına nail olmaq istəyir. Yeni texnologiyanın adı Radeon Boost-dur. Dekabr ayında yayınlanması planlanan yeni drayver paketində bu texnologiyanın olub olmayacağı hələki dəqiq deyil.

Radeon Boost texnologiyası giriş və orta seqment qrafika kartlarında performansı artıracaq və oyunlarda daha yaxşı FPS alınmasını təmin edəcək.

        Bu ay AMD drayver paketi olan Radeon Software Adrenalin 2020 Edition-u istifadəçilərə təqdim edəcək. Bu paket ilə birliktə RTX dəstəyinin gəlməsi, FPS düzəltmələri və bir sıra optimallaşdırmanın olması nəzərdə tutulur. Lakin ən ciddi fərq Radeon Boost texnologiyası olacaq. Bu texnologiyanın işləmə prinsipi AMD rəsmilərinin dediklərinə görə oyunlarda personaj hərəkət edən zaman oyundan video karta göndərilən əmrlər daha sürətli cavablanacaq. Həmçinin daha çox FPS əldə etmək üçün görüntü keyfiyyətini qismən azaldacaq. Təbii ki, bu hal yalnız personaj hərəkət etdiyi zaman olacağı üçün istifadəçilər bunu fərq etməyəcəklər. Personaj dayananda isə görüntü keyfiyyəti əvvəlki halına geri qayıdacaq. 

        Bu texnologiya AMD şirkətinin 2016-ci ildə aldığı HiAlgo şirkəti tərəfindən hazırlanıb. Bu şirkət HiAlgo Chill HiAlgo Boost adında 2 fərqli texnologiya təkmilləşdirdi və Radeon Chill adında 2016-da istifadəyə verildi. 2-ci etap olan HiAlgo Boost isə elə Radeon Boost texnologiyasının əsası olaraq düşünülür və 2020-dən etibarən giriş və orta seqment video kartlarda istifadə ediləcək.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Apple AirDrop texnologiyasının Google-dan olan analoqunun videosu ortaya çıxıb (..

Son aylarda internetdə Android əməliyyat sistemli smartfonlar arasında faylların ötürülməsi funksiya..


LG şirkəti LG G flaqman smartfon seriyasından imtina edə bilər

Bu ay Las Veqasda keçirilmiş CES 2020 sərgisində LG şirkətinin rəhbəri qeyd etmişdi ki, LG şirkəti m..


Qatlana bilən Motorola RAZR smartfonunun daha bir versiyası hazırlanır

Qatlana bilən Motorola RAZR smartfonu hələ satışa çıxmayıb, lakin şirkət artıq onun daha bir versiya..


Qatlana bilən Galaxy Fold 2 barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti bu il 3 ədəd yeni qatlana bi..


Motorola Edge+ flaqman smartfon modelinin ilk render fotosu təqdim olundu

Bir neçə gün bundan öncə biz xəbər vermişdik ki, Motorola şirkəti Edge+ adlı flaqman smartfon modeli..


AMD, notbuklar üçün ən güclü prosessorları istehsal edir: Ryzen 7 4800 H vs İnte..

AMD, yeni Ryzen 4000 ailəsini notbuklara gətirir. Testlərə görə i7-9700K prosessorlarından daha gücl..