main-post-cover

    AMD prosessorlar Zen 3 arxitekturası ilə 17% daha güclü olacaq

    Elm & Texnologiya
    28.12.2019
    Nijat Hamid
            AMD şirkəti Zen arxitekturasına keçdikdən sonra prosessorlarında performans artımı ciddi dərəcələrdə oldu. Bunun nəticəsində həm İntel şirkətinə əsl rəqib oldu, həm də ekosistemdə tutduğu pay artdı. Son çıxan məlumatlara görə yeni Zen 3 arxitekturası ilə hal-hazırda istifadə edilən Zen 2 arasında ciddi fərqlər olacaq.

    Zen 3 arxitekturasında hazırlanan prosessorlar Zen 2-ə nəzərən minimum 17% daha güclü olacaqlar.

            Təxminlərə görə Zen 3 üzərində hazırlanan server prosessorlarında 100-200 Mhz aralığında tezlik artımı olacaq. İstifadəçilər üçün hazırlanan prosessorlarda isə tezlik artımı daha çox olacaq. Qeyd edək ki, bu arxitekturada olan prosessorlar 7 Nm-lik EUV üsulu ilə hazırlanacağı üçün daha az güc istifadə edərək daha çox performans verə biləcəklər. AMD-nin əzəli rəqibi İntel-ə baxanda isə şirkət hələ də 14 Nm prosessorlar ilə yola davam edəcəyi üçün Ryzen 4000 seriyası prosessorlar qarşısında çox çətin günlər yaşayacaq.
    Linki kopyala