main-post-cover

    AMD bir rekord daha qırdı: Dünyanın ən sürətli prosessoru Ryzen 9 3900X seçildi

    Elm & Texnologiya
    17.12.2019
    Nijat Hamid
            AMD Ryzen ailəsi ilə rekordlar qırmağa davam edir. ZEN 2 arxitekturası üzərində hazırlanan yeni Ryzen prosessorları həm qiymət olaraq, həm performans olaraq İntel-i çətin vəziyyətə qoydu. Şirkətin flaqman prosessorlarından olan Ryzen 9 3900X prosessoru overclock (gərginliyi artıraraq prosessorun tezliyini yüksəltmək) edilərək 5.62 Ghz-ə çatdırıldı. Bu rekord daha əvvəl İntel Core i9-7920X-ə aid idi.

    Normalda 3.8 Ghz, ağır yük altında isə 4.6 Ghz tezlikdə işləyən Ryzen 9 3900X overclock edilərək sadəcə 35 saniyədə 5.62 Ghz-ə çatdı.

            Qeyd edək ki, tezlik baxımından ən yüksək skord İntel tərəfindən 5.9 Ghz idi. Lakin bu skord müəyyən bir müddət ərzində əldə edilə bilmişdi. AMD prosessorunda isə istifadə edilən texnologiya səbəbi ilə sadəcə 35 saniyədə prosessor 5.62 Ghz tezliyə qədər sürətlənə bildi. Bu da Ryzen 9 3900X-i dünyanın ən sürətli prosessoru edir. Həmçinin belə bir test zamanı standart soyutma sistemi istifadə edilə bilməyəcəyi üçün maye azot soyutmasından istifadə edildi. Testlər overclock mütəxəssisi KaRtA tərəfindən edildi və anaplata olaraq isə Gigabyte-ın X570 AORUS Extreme modeli istifadə olundu. Ryzen 9 3900X 1.8 V gərginlik ilə 5.625 Mhz tezliyə qədər yüksəldi. Testlərin nəticəsində görünür ki, Ryzen 9 3900X bu halı ilə 5.92 Ghz tezlikdə işləyən Intel Core i9-9920X modelindən daha üstün performansa malikdir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər