main-post-cover

    Amazon yeni kuryer dronunu təqdim edib

    Elm & Texnologiya
    11.11.2022
    Farid Pardashunas
        Elektron kommersiya sahəsində dünya nəhəngi olan Amazon şirkəti yeni kuryer dronunu təqdim edib. Təqdim edilmiş yeni dron əvvəlki modellərdən fərqli olaraq daha kompakt ölçüyə sahibdir və daha sakit çalışır. Bununla yanaşı sözügedən dron həmçinin zəif yağışlı hava şəraitində də uça bilir. Bu, Amazon şirkətinin məhsulların çatdırılmasının avtomatlaşdırılması üzrə olan iddialı layihəsinin növbəti mərhələsidir. Amazon artıq 10 ildir ki, sifarişdən sonra 30 dəqiqə ərzində 2 kq-a qədər olan bağlamaları çatdıra biləcək pilotsuz uçuş aparatları üzərində çalışır. Çatdırılma zamanı ilə yanaşı dronlar həmçinin çatdırılma haqqını da aşağı sala bilərlər. Bir çox hallarda sifariş edilmiş məhsullar hələ də adi kuryerlər vasitəsilə yerüstü nəqliyyat üzərindən çatdırılır.
        MK30 adını əldə etmiş yeni dron 2024-cü ildə istifadəyə veriləcək və hal hazırda aktual olan MK27-2 dron modelini əvəzləyəcək. MK27-2 modelinə gəldikdə isə o, bu ilin sonuna kimi Kaliforniya və Texasın bəzi şəhərlərində məhsulların çatdırılmasında istifadəyə veriləcək. Təqdim edilmiş yeni MK30 adlı dron daha uzun müddət ərzində və müxtəlif temperatur göstəriciləri şəraitində çalışa bilir və özündə yeni təhlükəsizlik funksiyalarını birləşdirir. Ən əsası da odur ki, MK30 daha aşağı səslə çalışır. ABŞ Federal Aviasiya İdarəsinin məhsulları pilotsuz uçuş aparatları vasitəsilə kütləvi çatdırılması üçün icazəni bir neçə ildən sonra verə bilər. Lakin indiki vaxtda Federal Aviasiya İdarəsi test məqsədli çatdırılmalar üçün icazəni təqdim edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər