main-post-cover

    'Amazon'un yaradıcısı Jeff Bezos dünyanın 100 milyard dollarlıq sərvətə sahib ilk şəxsi oldu

    Elm & Texnologiya
    26.11.2017
    Farid Pardashunas
     “Amazon” şirkətinin təsisçisi və CEO-su Jeff Bezos Black Friday endirim günündə öz sərvətini 100 milyard dollara çatdırıb.
    Bu barədə Bloomberg saytı xəbər verib. Endirimli alış-veriş günündə Bezos öz sərvətini 2.4milyard dollar artırıb. Beləliklə o, dünyanın ən varlı adamı titulunu daha da möhkəmləndirib. Onun sərvətinin artması “Amazon” şirkətinin səhm qiymətlərinin artması ilə bağlıdır. Black Friday günündə “Amazon”un satış göstəriciləri keçən ilki göstəricilərdən 18.4% yüksək olub.

    Məlumata əsasən Bezos 1999-cu ildən bəri ilk insandır ki, 100 milyard dollardan çox sərvətə sahibdir. Həmin illərdə isə dünyanın ən varlı şəxsi Bill Gates idi. Bezos-un sərvəti bu il 32.6 milyard dollar artmışdır. Bu isə Bloomberg Billionaires Index siyahısında ən yüksək göstəricidir. “Amazon”un səhmlərinə gəldikdə isə onlar bu həftə 5% yüksəliblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər