Amazon şirkəti Starlink layihəsinin analoqunu anons edib

Amazon şirkəti Starlink layihəsinin analoqunu anons edib

Texnologiya
31.07.2020 PAYLAŞIM

    ABŞ-ın əlaqələr üzrə federal komissiyası (FCC) Amazon şirkətinin, Yer kürəsinin orbitində 3000-dən çox peykin yerləşdirməsi ilə bütün dünya üzrə qlobal internet şəbəkəsinin yaratmasına icazə verib. Kuiper adlı bu təşəbbüs artıq reallaşdırılma üzrə tarix əldə edib və potensial olaraq Elon Musk-ın Starlink layihəsi ilə rəqabət apara bilər. Bu barədə The Verge saytı xəbər verib.

    Təsdiq olunmuş layihəyə əsasən Amazon şirkəti Yer kürəsinin orbitinə 3236 ədəd peyk göndərəcək və onları müxtəlif hündürlüklər üzrə 3 qrupa ayıracaq. Layihnin testinə 578 ədəd peykin orbitdə yerləşdirilməsindən sonra start veriləcək. Şirkətin planlarına əsasən peyklərin ümumi sayının ilk yarısı 2026-cı ildə, ikinci yarısı isə 2029-cu ildə istifadəyə veriləcək.


    Amazon-un bu cür peyk sisteminin yaradılması üçün cəlb olunacaq investisiyaların ümumi miqdarının 10 milyard dollar olacağı gözlənilir. Peyklərin texniki özəllikləri və onların hansı üsul ilə Yer kürəsinin orbitinə göndəriləcəyi barəsində Amazon şirkəti bir məlumat verməyib. Çox güman ki, peyklərin göndərilməsini Jeff Bezos-un Blue Origin adlı aerokosmik şirkəti reallaşdıracaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung naqilsiz Galaxy Buds Pro qulaqlığını və SmartTag axtarış trekerini təqdi..

Galaxy S21 flaqman smartfonları ilə yanaşı Samsung şirkəti həmçinin naqilsiz Galaxy Buds Pro qulaqlı..


Ümumilikdə 140 milyard dolların itirilməsi: Bəzi insanlar bitcoin portmanatların..

Ümumi dəyəri 140 milyard dollar olan bitcoinlər elektron portmanatlarda yerləşirlər. Lakin problem o..


Samsung Exynos prosessorları ARM Mali əvəzinə AMD qrafik çiplərinə sahib olacaql..

Hələ 2019-cu ildə Samsung şirkəti AMD ilə birgə əməkdaşlığını elan etmişdi.


30% daha güclü CPU və 40% daha güclü GPU: Samsung Exynos 2100 flaqman prosessoru..

Galaxy S21 flaqman smartfon seriyasının təqdimatından öncə Samsung şirkəti Exynos 2100 adlı yeni fla..


Qualcomm ekrana inteqrasiya edilən yeni nəsil barmaq izi skanı texnologiyasını t..

2018-ci ildə Qualcomm şirkəti 3D Sonic Sensor adlı birinci nəsil barmaq izi skanı texnologiyasını tə..


Gözlənildiyindən daha tez: Tesla ən ucuz elektromobilini gələn il təqdim edə bil..

İnternetdə dəfələrlə məlumat ortaya çıxıb ki, Tesla şirkəti ucuz qiymətə satılacaq yeni elektromobil..

×