main-post-cover

    Amazon şirkəti sifariş çatdırılması üçün olan yeni dronunu təqdim edib (VİDEO)

    Elm & Texnologiya
    06.06.2019
    Farid Pardashunas
        Amazon şirkəti özü-özünü idarə edən elektrikli dronu təqdim edib. Bu barədə Techcrunch saytına istinadən Vc.ru saytı xəbər verib. Şirkətin verdiyi məlumata əsasən dronun bütün detallarını və proqram təminatını demək olar ki, o özü hazırlayıb. Sözügedən dron təqribi olaraq 24 km yol qətt edə və 2.2 kq ağırlığında yükü yarım saata daşıya bilir.
        Bu dron vertolyot kimi şaquli istiqamətdə havaya qalxa və yerə enə bilir. Amazon şirkəti dronun təhlükəsizliyinə zəmanət verir və bildirir ki, computer vision alqoritmləri sayəsində bu dron statik və dinamik obyektləri təyin edə bilir. Həmin alqoritmlər sayəsində dron hətta sifarişi qəbul edən şəxsin ərazisindəki paltar asmaq üçün olan ipləri və digər naqilləri də təyin edə bilir. Təqdim olunmuş yeni dronun dizaynı şirkətin əvvəlki dron modelinin dizaynından tamamilə fərqlənir.

        Aşağıda təqdim olunmuş dron şirkətin əvvəlki dron modelidir. Şirkət öz yeni dronundan yaxın aylarda istifadə etməyi planlaşdırır. Lakin yeni drondan harda istifadə olunacağı barəsində bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, şirkətin rəqibi olan Google sifarişlərin çatdırılması məsələsində öz dron sistemini artıq işə salıb. Bunun üçün şirkət həmçinin Avstraiya və ABŞ-da pilotsuz cihazlarla çalışmaq üçün nəzərdə tutulmuş xüsusi dovlət icazəsini də alıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər