Amazon şirkəti kassa və işçilərin olmadığı 3000 offline mağazanı istifadəyə verməyi planlaşdırır
Elm & Texnologiya
21.09.2018
Farid Pardashunas
Məlumata əsasən Amazon şirkəti bu ilin sonuna kimi 10
mağaza, 2019-cu ildə metro stansiyaları yaxınlığında 50 mağaza, 2021-ci ilə
kimi isə 3000 mağaza istifadəyə verməyi planlaşdırır. Amazon hal hazırda bu cür
mağazaların formatları ilə təcrübələr aparır. Həmin mağazalarda adi məhsullardan
əlavə olaraq hazır yeməklər də satılır. Qeyd etmək lazımdır ki, şirkət
kassaların və işçilərin olmadığı ilk belə mağazanı bu ilin əvvəlində istifadəyə
vermişdi. Mağazaya daxil olmaq üçün alıcı öz smartfonunda Amazon tətbiqinə daxil
olaraq smartfonu turniketə yaxınlaşdırmalıdır.
Alıcı məhsulları birbaşa öz
torbasına yerləşdirə bilər. Belə ki, mağazanın avtomatlaşdırılmış sistemi
alıcını izləyir və onun seçdiyi məhsullar siyahısını virtual çekə daxil edir.
Alıcı mağazadan çıxan zaman isə sistem əldə olunmuş məhsulları təyin edərək
yekun məbləği alıcının Amazon hesabından çıxır. Hal hazırda Amazon Sietldə 3,
Çikaqoda isə 1 belə mağazaya sahibdir. Məlumata əsasən birinci mağazanın tikilməsi
zamanı təkcə avtomatlaşdırılmış təchizata 1 milyon dollara yaxın vəsait xərclənib.
Əgər şirkət 3000 yeni mağazanı istifadəyə versə, o, ABŞ-ın ən böyük ticarət şəbəkələrindən
birinə çevriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək