main-post-cover

    Amazon şirkəti dünyanın ən bahalı brendi adını əldə etdi

    Elm & Texnologiya
    11.06.2019
    Emil Nəcəfov
        2019-cu il üzrə dünyanın ən bahalı brendi adına Amazon şirkəti layiq görüldü. Belə ki, şirkət BrandZ reytinqində birinci pillədə qərarlaşıb. Bu barədə Rusbase saytı xəbər verib. Beləliklə reytinq tərtibatçıları Amazon şirkətini 315.6 milyard dollar dəyərində qiymətləndiriblər. Bununla belə şirkət 1 il ərzində bu reytinqdə 2 pillə yuxarı qalxa bilib.
        2018-ci ildə sözügedən reytinqin birinci yerini Google şirkəti tutmuşdu. Hal hazırda isə Google şirkəti üçüncü yerdə qərarlaşıb. Onu 309 milyard dollar dəyərində qiymətləndiriblər. Apple şirkəti ikinci yerini qoruyub saxlayıb. Onu isə 309.6 milard dollar dəyərində qiymətləndiriblər.

        Dünyanın ən bahalı brendləri reytinqinin ilk beşliyinə həmçinin Microsoft şirkəti (251.2 milyard dollar) və Visa (177.9 milyard dollar) daxil olublar. Onların ardınca isə Facebook (158.9 milyard dollar), Alibaba (131.2 milyard dollar), Tencent (130.8 milyard dollar), McDonald's (130.4 milyard dollar) və AT&T (108.4 milyard dollar) qərarlaşıblar.
    Linki kopyala