main-post-cover

    Amazon şirkəti avtopilot sisteminə sahib elektrikli robotaksini təqdim edib (VİDEO)

    Elm & Texnologiya
    21.12.2020
    Farid Pardashunas
        Ola bilər yaxın zamanda ABŞ-dakı yolları qeyri adi taksilər zəbt etsinlər. Bu ilin iyun ayında Amazon şirkəti avtopilot sistemli nəqliyyat növünün yaradılması ilə məşğul olan Zoox adlı startapı almışdı. Bu startapın texnologiyaları sayəsində isə Amazon avtopilot sisteminə sahib elektrotaksilər yaratmaq niyyətindədir. İndi isə şirkət bu cür taksini təqdim edib. Bu barədə 4pda saytı xəbər verib. Təqdim olunmuş avtomobil robotaksi qismində çıxış edir.
        Maşında kabin olmadığı üçün o, dönməyə ehtiyac duymadan istənilən istiqamətdə hərəkət edə bilər. Sözügedən avtomobil tamamilə avtopilot sistemi vasitəsilə hərəkət edir və insan tərəfindən idarəetməyə ehtiyac duymur. Şirkətin robotaksisi saatda 120 km sürətlə 4 nəfər sərnişin daşıya bilər. Bir dəfə şarj olunandan sonra isə avtomobil 16 saat çalışa bilir. Avtomobilin salonunda 2 ədəd divan mövcuddur. Divanın kənar hissələrində cihazların şarj olunması üçün nəzərdə tutulmuş xüsusi girişlər var.
        Sözügedən taksinin sifarişi xüsusi mobil tətbiq vasitəsilə reallaşdırılacaq. Tək səyahət və ya əlavə sərnişinin daxil edilməsi funksiyası mövcud olacaq. Güman olunur ki, Zoox-un ilk robotaksiləri artıq gələn il istifadəyə veriləcək. İlk test səyahətləri San Fransisko və Las Veqasda reallaşdırılacaq. Elektrikləşdirilmiş robotaksilərin kommersiya bazarına çıxmaları isə 2022-ci ildən tez olmayacaq. Zoox təmsilçilərinin sözlərinə əsasən bu cür robotaksidə səyahətin qiyməti Uber vasitəsilə səyahətin qiyməti ilə eyni olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər