main-post-cover

    Amazon Project Kuiper adlı peyk interneti layihəsinin terminallarını sərgiləyib

    Elm & Texnologiya
    15.03.2023
    Farid Pardashunas
        Peyk internet layihəsi ilə təkcə SpaceX şirkəti məşğul olmur. Amazon-un da bu cür layihəsi var və o, Project Kuiper adlanır. Şirkət artıq sözügedən layihəsi çərçivəsində peyklərini Yer kürəsinin orbitinə göndərməyə hazırlaşır. Bu hazırlıq çərçivəsində şirkət peyk internetinə qoşulmağa imkan verəcək 3 növ terminalı anons edib. Şirkət anons edilmiş terminalların bir-birilərindən nə ilə fərqləndiklərini və Project Kuiper peyk internetinin test rejimində nə zaman istifadəyə veriləcəyini açıqlayıb.
        Şirkətin bütün terminalları düzbucaqlı formasında reallaşdırılıb və Amazon Prometheus adlı şəbəkə çipi ilə təchiz olunublar. Fərdi istifadə üçün nəzərdə tutulmuş terminal öz kompakt ölçüsü ilə seçilir. Onun qalınlığı 2.5 sm, çəkisi isə 2.5 kq təşkil edir. Amazon-un verdiyi məlumata əsasən standart terminal saniyədə 400 Mbit sürəti təmin edəcək. Onun qiyməti 400$-dan baha olmayacaq. Terminalın mini versiyasının çəkisi 450 qramm təşkil edir.
        Mini versiyanın istifadəçilərə təqdim edəcəyi sürət saniyədə 100 Mbit təşkil edəcək. Bu iki terminaldan əlavə olaraq Amazon banklar, dövlət qurumları və böyük bizneslər üçün nəzərdə tutulmuş xüsusi terminalı da təklif edir. Xüsusi terminalın təqdim edəcəyi sürət isə saniyədə 1 Gbit təşkil edəcək. Qeyd etmək lazımdır ki, Amazon Project Kuiper layihəsinin ilk peyklərini gələn ilin may ayında Yer kürəsinin orbitinə göndərməyi planlaşdırır. Məhz həmin vaxtda şirkət ilk istifadəçilər üçün öz peyk internetini istifadəyə verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər