main-post-cover

    Almazlarla bəzənmiş iPhone X

    Elm & Texnologiya
    19.10.2017
    Orxan Jafarli
    Finlandiya mərkəzli Legend, xüsusiləşdirilmiş dəbdəbəli  256 GB iPhone X modeliylə gözə xitab edərkən eyni zamanda qiymətiylə də insanın ağlını başından alır. Hər biri ayrı dəbdəbəli detallara sahib Aurum, Fusion, Momentum və Lu versiyalarının detalları.
    Alternativlərini görə ən ucuz versiyon olan Aurum, 24 karat qızıl örtüklü arxa panelə və sədəf qaxmalı logo ilə 18 karat qızıl çərçivəyə sahibdir. Bu versiyanın qiyməti isə 2 min 950 avro təşkil edir.
    Fusion versiyası isə qara rodium və ya platin örtməyə sahib naxışlı gümüş plitələrlə çərçivələnmiş karbon fiber mozaika ilə təqdim edilir. Alternativ olaraq orta xəttli ekzotik dəri və ya ağac seçə bilərsiniz. Məhsulun qiyməti 3,390 avro-dur.
    Momentum versiyasına gəlsək, arxa panelin tam ortasında 0.3 karat gerçək qırmızı almaz yerləşdirilib. Əlavə olaraq, VVS1 dərəcəli almazın ətrafına müxtəlif işıltılı materiallardan istifadə edilərək daha göz alıcı olması təmin edilib. Qiymət isə 3,790 avro-dur.
    Nəhayət, Lu versiyasında Apple loqosu və çərçivəsi 10.70 karatlıq VVS1 dərəcəli almaz ilə bəzədilib. Bu model isə 3,590 avro-dur.
    Hər modelin dəbdəbəli qutusunun yanında 24 karat qızıl EarPods, dəri örtük və orijinallıq sertifikatı ilə gəldiyini də ifadə edək. Məhsullarla əlaqədar bütün detallara bu ünvandan əldə edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər