Alimlər Günəş enerjisini maye halına çevirə və onu özündə 18 il saxlaya bilən texnologiya yaradıblar

Alimlər Günəş enerjisini maye halına çevirə və onu özündə 18 il saxlaya bilən texnologiya yaradıblar

Texnologiya
18.04.2022 PAYLAŞIM

    İsveçli alimlər Molecular Solar Thermal (MOST) adlı yeni texnologiya yaradıblar. Sözügedən texnologiya Günəş enerjisini maye halına çevirə və onu özündə 18 il ərzində saxlaya bilər. Bundan əlavə olaraq alimlər tərəfindən termoelektrik generator yaradılıb. Yaradılmış generator xüsusi maye daxilində yaranan istiliyi katalizator vasitəsilə elektrik enerjisinə çevirə bilir. “Biz, hava şəraitindən, vaxtdan, ilin fəslindən və geoqrafik yerləşmədən asılı olmayaraq Günəş işığını elektrik enerjisinə çevrilmədə istifadə edə bilərik. Bu, CO2 ifrazı etmədən çalışa bilən qapalı sistemdir” - deyə alimlər qeyd ediblər. Alimlər tərəfindən yaradılmış yeni texnologiyanın çalışma prinsipi xüsusi hazırlanmış karbon, hidrogen azot molekuluna əsaslanaır.

    Molekulun Günəş işığı ilə qarşılıqlı əlaqəyə girməsi zamanı atomlar molekulun konfiqurasiyasını dəyişərək onu enerji ilə zəngin olan izomerə çevirirlər. İzomer isə maye şəklində mövcud ola bilir. Bu sistemi kompakt ölçülü termoelektrik generatoru ilə birləşdirərək alimlər əldə edilmiş enerjinin elektrik enerjisinə çevrilməsinə nail olublar. Kompakt ölçülü termoelektrik generator isə ultranazik çip formasındadır və onu smartfonlar, qulaqlıqlar və smart saatlar kimi elektronik cihazlara inteqrasiya etmək mümkündür. Perspektiv cəhətdən bu cür texnologiya qapalı Günəş enerjisi sistemi vasitəsilə özü-özünü şarj edə bilən elektronik cihazların yaradılmasına gətirib çıxarda bilər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei uşaqlar üçün iki ekranlı yeni smart saatını anons edib

Huawei şirkəti uşaqlar üçün nəzərdə tutulmuş qeyri-adi smart saatı anons edib. Sözügedən smart saatı..


Huawei şirkəti sabahkı təqdimat tədbirini təxirə salıb

Xiaomi-nin ardınca Huawei şirkəti də öz təqdimat tədbirini təxirə salıb. Qeyd etmək lazımdır ki, şir..


Neuralink-in beyin interfeysinə sahib meymun fikir gücü vasitəsilə klaviaturada ..

Elon Musk bildirib ki, onun Neuralink şirkəti tərəfindən hazırlanmş beyin interfeysinin insanlar üzə..


Samsung-un 10 000 mAh-lıq yeni powerbankının render fotoları təqdim edilib

Roland Quandt adlı məşhur insayder Samsung şirkətinin növbəti yeni məhsulunun render fotolarını təqd..


Apple M2 Max prosessoru Geekbench testlərindən keçib

Apple şirkətinin hələ təqdim edilməmiş M2 Max adlı 12 nüvəli prosessoru Geekbench bençmark saytının ..

×