main-post-cover

    Alibaba'nın yaradıcısı Jack Ma insanların həftədə 12 saat çalışacaqlarını proqnozlaşdırır

    Elm & Texnologiya
    29.08.2019
    Farid Pardashunas
        Alibaba Group şirkətinin yaradıcısı Jack Ma-nın proqnozuna əsasən gələcəkdə insanlar həftədə 3 gün olmaqla hər gündə 4 saat çalışa biləcəklər. Bu, texnoloji nailiyyətlər və təhsil sistemində reformlar vasitəsilə mümkün olacaq. Sözügedən mövzu barəsində Jack Ma süni zəka sahəsində Şanxayda keçirilmiş konfransda danşıb. Bu barədə Bloomberg saytı xəbər verib.
        Ma texnologiyaların inkişafının istirahətə daha çox zaman ayırmanın mümkünlüyü kimi elektrik enerjisini misal gətirib. “Elektirk enerjisinin gücü ondadır ki, o, insanlara gecələr boş zamanlarda karaokelərə və müxtəlif əyləncə mərkəzlərinə getmək imkanını verir. Mən düşünürəm ki, süni zəka insanlara məhz insan olduqları faktorundan zövq almaq üçün daha çox zaman verəcək” - deyə Ma bildirib.
        Onun sözlərinə əasən növbəti 10-20 ildə bütün dövlətlər təhsil sistemində reformların keçirilməsinə diqqət ayırmalıdırlar. Bu onun üçün lazımdır ki, insanlar həftədə 3 gün olmaqla hər gündə 4 saat çalışmalı lazım olan işi tapa bilsinlər. Hal hazırda olan təhsil sistemini isə Ma artıq köhnəlmiş hesab edir. Onun sözlərinə əsasən hal hazırki təhsil sistemi sənaye dövrü üçün yaradılmışdı. Ma düşünür ki, gələcək təhsil sistemləri insanlara daha kreativ olmaqda yardımçı olmalıdırlar. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər