main-post-cover

    'Alibaba'nın CEO-su Jack Ma: 'Yeni texnologiyalar, Üçün Dünya Müharibəsinə gətirib çıxara bilər'

    Elm & Texnologiya
    24.06.2017
    Farid Pardashunas
    Gələcəkdə insanlar daha çox səyahət etmək və daha az işləmək imkanına sahib olacaqlar. Belə ki, əmək həftəsi kiçiləcək, iş günü isə 4 saatlıq qrafikə keçəcək. Lakin buna baxmayaraq yeni texnologiyalar həmçinin bir sıra problemləri də gətirəcək. CNBC ilə müsahibəsində milyarder və “Alibaba Group” şirkətinin CEO-su Jack Ma, gələcəkdə insanların rastlaşa biləcəkləri problemlər haqqında danışıb. Süni zəkanın imkanları ilə sıx əlaqədə olan qloballaşma, cəmiyyət üçün böyük risklər daşıyır. “Birinci texnoloji təkamül, Birinci Dünya Müharibəsini, ikinci texnoloji təkamül, İkinci Dünya Müharibəsini özü ilə gətirdi. Üçüncü texnoloji təkamül isə özü ilə Üçüncü Dünya Müharibəsini gətirə bilər” – deyə Jack Ma qeyd edib. Əsas təhlükəni Jack Ma, iş yerlərinin çatışmamazlığında və cəmiyyətin parçalanmasında görür. İnsanların, məlumatlar və ya avtomatlaşdırma sisteminə əlçatanlığından asılı olaraq onlar kasıb və varlı təbəqələrə ayrılacaqlar. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Jack Ma bildirmişdi ki, növbəti 30 il ərzində sosial münaqişələr bütün sahə və cəmiyyət təbəqələrinə təsir edəcək.
    Bir sıra mütəxəssislərin fikrincə texnologiyalar, elit təbəqənin əlində cəmləşəcək. Bu isə öz növbəsində cəmiyyətin hətta bioloji səviyyədə ayrılmasına gətirib çıxaracaq. Jack Ma əsas təhlükəni təkcə insanlar tərəfdən deyil, həmdə süni zəka tərəfdən də görür. Onun fikrincə mütəxəssislər insanlara bənzəyən robotları yaratmamalıdırlar. Robot və proqramlar yalnız insanın edə bilməyəcəyi işi görməlidir. Təbii ki, süni zəka böyük müsbət cəhətlər də gətirəcək. “30 ildən sonra insanlar gün ərzində 4 saat və həftədə 4 gün çalışacaqlar. Mənim babam fermada gün ərzində 16 saat çalışırdı və o özünü işgüzar insan hesab edirdi. Bugün biz gün ərzində 8 saat çalışırıq və özümüzü işgüzar insan hesab edirik” – deyə Jack Ma bildirib. Bu cür mənfi fikirlərə baxmayaraq növbəti 30 il üçün biznes baxımından Jack Ma-nın çox böyük ümidləri var. O ümid edir ki, artıq 2036-cı ilə kimi “Alibaba”, dünyanın ən böyük iqtisadi təmsilçiləri ilə eyni siyahıda olacaq və 2 milyard insan üçün xidmətlərini təklif edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər