main-post-cover

    'Alibaba Group', texnologiyaların inkişafı və tədqiqatına 15 milyard dollar investisiya yatırır

    Elm & Texnologiya
    11.10.2017
    Farid Pardashunas
    Çinin “Alibaba Group” şirkəti, növbəti 3 il ərzində yeni texnologiyaların hazırlanması və tədqiqatına 15 milyard dollar investisiya yatıracaq.
    Bu layihə, şirkətin, 2  milyard müştəriyə xidmətin göstərilməsi və 20 il ərzində 100 milyon iş yerinin yaradılması məqsədinin reallaşdırılmasına yardımçı olacaq. Techcrunch-ın verdiyi xəbərə əsasən “Alibaba”, 7 tədqiqat laboratoriyasının açılmasını və bütün dünya üzrə 100 mütəxəssisin cəlb olunmasını planlaşdırır.
    Beləliklə həmin laboratoriyalar, süni zəka, internet əşyaları, kvant hesablamaları, maliyyə texnologiyaları və digər sahələr üzrə tədqiqatlarını apara biləcəklər. Sözügedən layihə, DAMO Academy (Discovery, Adventure, Momentum Outlook) adını alıb. Bu layihə çərçivəsində Pekin və Hançjou (Çin), San-Mateo və Belvyu (ABŞ), Moskva, Tel-Aviv (İsrail) və Sinqapurda tədqiqat laboratoriyaları istifadəyə veriləcək. Hal hazırda “Alibaba”da 25000 nəfər mühəndis və alim çalışır. Məlumata əsasən şirkət hər il tədqiqatlara 3 milyard dollar vəsait xərcləyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər