AirPods Pro'nun bir qulaqlığının və ya şarj keysinin dəyişdirilməsi hansı qiymətə başa gələcək?
Elm & Texnologiya
31.10.2019
Farid Pardashunas
Bir neçə gün bundan öncə Apple şirkəti ətraf səsin boğulması funksiyasına sahib naqilsiz AirPods Pro qulaqlıq modelini təqdim etmişdi. İndi isə bu qulaqlıq modelinin zədələnməsinin və ya bir qulaqlığın itməsinin istifadəçiyə hansı qiymətə başa gələcəyi məlumatı verilib. Bu barədə 9to5mac saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən itmiş bir qulaqlığın və ya şarj keysinin bərpa edilməsi üçün 89$ ödəmək lazım gələcək.
Bu isə AirPods Pro-nun öz qiymətinin 1/3 hissəsidir. Lakin qulaqlıqlarda və şarj keysində olan batareyaların dəyişdirilməsi (49$) daha ucuz başa gəlir. Qeyd etmək lazımdır ki, adi AirPods modelinin qulaqlıqlarının və ya naqilsiz şarj keysinin dəyişdirilməsi 69$-a başa gəlir. Onu da nəzərə almaq lazımdır ki, seçilmiş şarj keysindən asılı olaraq əvvəlki AirPods modeli 159-199$-a satılır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)