main-post-cover

    AirPods Pro'nun bir qulaqlığının və ya şarj keysinin dəyişdirilməsi hansı qiymətə başa gələcək?

    Elm & Texnologiya
    31.10.2019
    Farid Pardashunas
        Bir neçə gün bundan öncə Apple şirkəti ətraf səsin boğulması funksiyasına sahib naqilsiz AirPods Pro qulaqlıq modelini təqdim etmişdi. İndi isə bu qulaqlıq modelinin zədələnməsinin və ya bir qulaqlığın itməsinin istifadəçiyə hansı qiymətə başa gələcəyi məlumatı verilib. Bu barədə 9to5mac saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən itmiş bir qulaqlığın və ya şarj keysinin bərpa edilməsi üçün 89$ ödəmək lazım gələcək.
        Bu isə AirPods Pro-nun öz qiymətinin 1/3 hissəsidir. Lakin qulaqlıqlarda və şarj keysində olan batareyaların dəyişdirilməsi (49$) daha ucuz başa gəlir. Qeyd etmək lazımdır ki, adi AirPods modelinin qulaqlıqlarının və ya naqilsiz şarj keysinin dəyişdirilməsi 69$-a başa gəlir. Onu da nəzərə almaq lazımdır ki, seçilmiş şarj keysindən asılı olaraq əvvəlki AirPods modeli 159-199$-a satılır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər