main-post-cover

    AirPods 2 qulaqlığı barəsində maraqlı məlumat ortaya çıxdı

    Elm & Texnologiya
    04.03.2019
    Emil Nəcəfov
        XDA-Developers saytının müəlliflərindən biri ikinci nəsil AirPods naqilsiz qulaqlıqlarının maraqlı özəlliklərindən biri barəsində məlumat verib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə XDA-Developers saytının Max Weinbach adlı müəllifinin verdiyi məlumata əsasən AirPods 2 qulaqlığının özü və onun keysi Qi standartlı sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Beləliklə qulaqlıq 100% enerjini 15 dəqiqə ərzində yığa biləcək. Lakin bu səbəbdən AirPods 2 qulaqlığının keysi birinci qulaqlıq modelinin keysi ilə müqayisədə ölçü baxımından bir qədər böyük və çəki baxımından bir qədər ağır olacaq.
        Qeyd etmək lazımdır ki, AirPods 2 haqqında sızdırılmış son məlumatda qeyd olunmuşdu ki, qulaqlıq xüsusi rəng örtüyünə sahib olacaq və həmin rəng örtüyü sayəsində o, istifadəçi qulağında daha kip qalacaq. Bundan əlavə olaraq məlumatlara əsasən AirPods 2-də səsin ötürülməsi keyfiyyəti yaxşılaşdırılacaq və ona istifadəçi ürəyinin döyüntülərini təyin edəcək ötürücü yerləşdiriləcək. AirPods 2-nin 200$ qiymətində satılacağı güman edilir. Çox güman ki, yeni qulaqlıqlar sentyabr ayında yeni iPhone modelləri ilə birlikdə təqdim olunacaqlar.
    Linki kopyala