main-post-cover

    Adobe Flash Player işlədənlərin diqqətinə: Proqramı təcili yeniləyin

    Elm & Texnologiya
    11.06.2018
    Nijat Hamid
    Bir zamanların məhşur proqramlarından olan Adobe Flash Player bir çox təhlükəsizlik problemləri və buglar səbəbi ilə əvvəlki şanını itirdi. HTML5-in üstünlük qurması ilə proqram unudulmağa doğru getsə də, görünür ki bəzi insanlar Flash Playeri zərərli məqsədlər üçün istifadə edir.
    Adobe Flash Player'də olan açıqlar səbəbi ilə komputerə müdaxilə etmək mümkün olur. Təhlükəsizlik üçün proqramı 30.0.0.113 versiyasına yeniləyin.        
    Bu açığın hesabına Windows ƏS yüklü komputerlərə birbaşa müdaxilə etmək mümkün olur. Qeyd edək ki, antiviruslar tərəfindən də aşkarlanması mümkün olmur. Virustotal şirkətinin verdiyi məlumatlara görə, Ərəb mənşəli bir çox şirkətə bu yol ilə hücum olunub, lakin maddi zərərin olub olmadığı məlum deyil. Flash Player'in yeni versiyasında bu açıq bağlanıb. Əgər bu proqramı işlədirsinizsə, son versiyaya yeniləyin.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər