Acer 540 Hz-lik təsvir yenilənməsinə sahib yeni gaming monitorunu təqdim edib - QİYMƏTİ

Acer 540 Hz-lik təsvir yenilənməsinə sahib yeni gaming monitorunu təqdim edib - QİYMƏTİ

Texnologiya
13.09.2023 PAYLAŞIM

    Acer şirkəti rekord göstəricidə təsvir yenilənməsi dəstəyinə sahib yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni monitor Acer XV242F adını əldə edib. Sözügedən yeni gaming monitoru 540 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 24.1 düym TN ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir və o, sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor hərəsi 2 vatt gücündə olmaqla 2 ədəd səsgücləndirici ilə təchiz olunub. Monitor üstəlik NVIDIA G-Sync texnologiyasını dəstəkləyir. Acer XV242F özündə DisplayPort 1.4 HDMI 2.0 girişlərini birləşdirir. Acer XV242F artıq satışa çıxıb və hələ ki, yalnız Çin bazarında satılır. Onun qiyməti 670$ təşkil edir.




DAHA ÇOX


Xiaomi Smart Band 8-in qlobal versiyası və Smart Band 8 Active təqdim edilib - Q..

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası və Xiaomi Watch 2 Pro smart saatı ilə yanaşı üstəlik Xia..


Xiaomi Watch 2 Pro flaqman smart saatı təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası ilə birlikdə Xiaomi Watch 2 Pro flaqman smart saatını da..


CMF Buds Pro naqilsiz qulaqlığı və CMF Power şarj adapteri təqdim olunub - QİYMƏ..

Nothing şirkətinin CMF subbrendi CMF Watch Pro smart saatı ilə yanaşı həmçinin CMF Buds Pro naqilsiz..


Nothing-in CMF brendi öz ilk smart saatını təqdim edib - QİYMƏTİ

Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smart saatı CMF Watch Pro-nu təqdim edib.


Snapdragon 8 Gen 3-ün qrafik çipi Geekbench testlərindən keçib

Qualcomm gələn ayın sonunda Snapdragon 8 Gen 3 prosessorunu təqdim edəcək.


Galaxy Tab S9 FE planşetlərinin fotoları və texniki göstəriciləri ortaya çıxıb..

Biz artıq dəfələrlə məlumat vermişik ki, Samsung şirkəti hal hazırda Galaxy Tab S9 FE planşet seriya..

×