ABŞ sanksiyaları səbəbilə Huawei şirkəti öz noutbuklarını Linux'a keçirdir

ABŞ sanksiyaları səbəbilə Huawei şirkəti öz noutbuklarını Linux'a keçirdir

Texnologiya
14.09.2019 PAYLAŞIM

    Huawei şirkəti ABŞ sanksiyaları səbəbilə Windows əməliyyat sistemindən istifadənin qadağan olunmasına artıq hazırlaşır. Buna görə də şirkət Linux əməliyyat sistemi vasitəsilə çalışan yeni noutbuk modellərini təqdim edib.. Bu barədə Forbes saytı xəbər verib. Söhbət, Matebook X Pro, Matebook 13Matebook 14 noutbuk modellərindən gedir.

    Onlar Debian əsasında hazırlanmış Linux distributivinə sahib Deepin Linux əməliyyat sistemi vasitəsilə çalışırlar. Məlumata əsasən noutbukların Linux əməliyyat sisteminə keçid etmələri sürətli şəkildə baş verməyib. Belə ki, noutbukların yeni əməliyyat sisteminə adaptasiyası üçün şirkət uzun müddət ərzində tərtibatçılar ilə çalışıb.

    Linux əməliyyat sisteminə sahib yeni noutbukların satışlarına artıq yaxın zamanda start veriləcək. Lakin onların qiymətləri barəsində heç bir məlumat yoxdur. Güman etmək olar ki, Linux əməliyyat sisteminə sahib noutbukun qiyməti Windows əməliyyat sisteminə sahib noutbukun qiymətindən daha aşağı olacaq. Çox güman ki, gələcəkdə şirkət öz noutbuk modellərini HarmonyOS adlı fərdi əməliyyat sisteminə keçirdəcək.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


ABŞ sanksiyalarına baxmayaraq Huawei şirkətinin gəlirləri yüksəlib

Huawei şirkəti bu ilin ilk 9 ayı ərzində əldə etdiyi gəlirlərdən danışıb.


SpaceX şirkəti Yer kürəsinin orbitini Starlink internet peykləri ilə əhatə etməy..

SpaceX şirkəti artıq Yer kürəsinin orbitinə Starlink layihəsi çərçivəsində 60 ədəd internet peykini ..


3 illik fəaliyyətdən sonra Google şirkəti Daydream VR layihəsini bağladı

Şirkət VR cihazı satışdan çıxartdı və tətbiqlərdən ibarət platformanın inkişafını dayandırdı...


Huawei P40 və P40 Pro smartfonları eyni anda iki əməliyyat sistemi əldə edə bilə..

Huawei şirkəti HarmonyOS əməliyyat sistemini hələ avqust ayında təqdim etmişdi.


Samsung şirkəti yeni ekran dizaynının patentini aldı

Smartfon ekranının ön panelin çox hissəsini əhatə etməsi yolunda istehsalçılar ön kameranın yerləşdi..


Google'dan yeni naqilsiz Pixel Buds 2 qulaqlığı - QİYMƏTİ

Made by Google təqdimat tədbiri çərçivəsində Google şirkəti naqilsiz Pixel Buds 2 qulaqlıqlarını təq..