main-post-cover

    ABŞ sanksiyaları səbəbilə Broadcom şirkəti böyük vəsait itkilərinə hazırlaşır

    Elm & Texnologiya
    17.06.2019
    Farid Pardashunas
        Şəbəkə və telekommunikasiya təchizatları üçün çip istehsalı ilə məşğul olan aparıcı şirkətlərdən biri olan Broadcom ikinci rüb üzrə nəticələrini təqdim edib və proqnozlar heç də ürəkaçan deyillər. Bui barədə Reuters saytına istinadən Gagadget saytı xəbər verib. Broadcom şirkətinin təmsilçilərinin sözlərinə əsasən ABŞ sanksiyaları və Huawei şirkəti ilə əməkdaşlığın dayandırılması səbəbilə şirkət vəsait itkisi yaşayacaq. Qeyd etmək lazımdır ki, Huawei Broadcom-un əsas müştərilərindən biri idi.
        Əgər daha öncə Broadcom bu il 22.5 milyard dollar gəlir əldə etməyi planlaşdırırdısa, indiki proqnozlara əsasən həmin göstərici 2 milyard dollar aşağı düşüb. Bundan əlavə olaraq son rübdə şirkətin təmiz gəliri 81% aşağı düşüb (691 milyon dollara kimi). Bunun əsas səbəbi isə ABŞ ilə Çin arasında olan ticarət müharibəsidir. Hələ bir neçə müddət bundan öncə Broadcom şirkəti Sinqapurun yurisdiksiyasında idi.
        Bu səbəbdən şirkət ümumiyyətlə ABŞ sanksiyalara tabe olmaya bilərdi. Lakin ABŞ prezidenti Donald Trump-ın tələbi ilə şirkətin baş ofisi ABŞ-a keçirildi. Şirkət tərəfindən sözügedən proqnozların təqdim olunmasından sonra onun səhm qiymətləri 9% aşağı düşdü. Şirkətin bazar dəyəri isə 9 milyard dollar ucuzlaşdı. Qeyd etmək lazımdır ki, bu məsələ nəticəsində Qualcomm, Apple, Applied Materials, Intel, Advanced Micro DevicesXilinx kimi şirkətlərin də səhm qiymətləri aşağı düşürlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər