main-post-cover

    ABŞ sanksiyaları olmasaydı Huawei bu il smartfon bazarında nömrə 1 olacaqdı

    Elm & Texnologiya
    26.11.2019
    Farid Pardashunas
        Dünən Huawei şirkəti yeni noutbuk və planşet modelini təqdim etmişdi. Lakin təqdimat tədbiri zamanı şirkət əldə etdiyi nailiyyətlərdən və ABŞ sanksiyalardan da danışdı. Bu barədə Gizmochina saytı xəbər verib. Huawei Consumer Business Group-un direktoru Richard Yu qeyd edib ki, şirkət bu il Samsung-u keçə və smartfon bazarında nömrə 1 ola bilərdi. Hər şey buna doğru gedirdi. Keçən il Huawei Apple şirkətini smartfon bazarı reytinqində ikinci pillədən üçüncü pilləyə endirmişdi.
        Nəticədə şirkətin smartfon satışları yüksəlmişdi və analitiklər bildirmişdilər ki, yaxın müddətdə Huawei smartfon bazarında birinci yeri tutacaq. Lakin bu il ABŞ hökuməti şirkəti qara siyahıya daxil etdi və yerli şirkətlərə Huawei ilə əməkdaşlığın davam etdirilməsinə qadağa qoydu. Nəticədə Huawei smartfonları Google servislərindən məhrum oldular və Huawei şirkətinin bu il Samsung-u geridə qoyması planı təxirə salındı. Bundan əlavə olaraq Richard Yu qeyd edib ki, bir çoxlarının fikirlərinə əsasən Huawei şirkətinin məşhurlaşmasının əsas səbəbi çinlilərin vətənpərvərliklərindədir.
        Lakin Richard Yu qeyd edib ki, bu tamamilə səhv fikirdir. Belə ki, şirkətin məhsulları bütün dünyada məşhurdurlar. Təqdimat tədbiri çərçivəsində şirkətin yeni nailiyyətlərindən də danışılıb. Beləliklə qeyd edilib ki, Mate 30 flaqman smartfon seriyasının satışları artıq 7 milyonu keçib. Eyni müddət ərzində keçən ilki Mate 20 smartfon seriyasının satışları 75% aşağı idi. Bundan əlavə olaraq şirkət 45 gün ərzində 2 milyon ədəd MediaPad M6 planşeti və 1 milyondan çox Watch GT2 smart saatı sata bilib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər