ABŞ-ın prosessor istehsalçıları da Huawei ilə əməkdaşlığı dayandırdılar

20.05.2019 0 PAYLAŞIM 142 OXUNMA

    Bloomberg saytının məlumatlarına əsasən prosessor istehsalçıları olan Intel, Qualcomm, Xilinx Broadcom şirkətləri öz əməkdaşlarına bildiriblər ki, onlar növbəti göstərişə kimi öz məhsullarını Huawei şirkətinə satmağı dayandıracaqlar. Söhbətin hansı göstərişlərdən getdiyi barəsində məlumat verilməyib. Bu barədə Vc.ru saytı xəbər verib.

    Bugün Reuters saytı xəbər verdi ki, Google şirkəti Huawei-yə göstərdiyi Android Play Store dəstəyini artıq dayandırmağa başlayıb. Android təmsilçiləri Twitter-də bildiriblər ki, artıq satışa çıxmış Huawei smartfonlarının alıcıları bu məhdudlaşdırmaya şamil olunmayacaqlar. ABŞ şirkətlərinin bu cür qərar qəbul etmələrinin səbəbi isə Huawei şirkətinin ABŞ-ın ticarət nazirliyi tərəfindən qara siyahıya salınmasındadır. 17 may tarixində Huawei şirkətinin hüquqşünasları bildirmişdilər ki, onlar ABŞ-ın ticarət nazirliyi tərəfindən təyin olunmuş sanksiyaları incələmək ilə məşğuldurlar.

    Bloomberg-in fikrincə Huawei şirkətinin ABŞ bazarı ilə işinin dayandırılması öz növbəsində ABŞ-ın prosessor istehsalı ilə məşğul olan şirkətlərin biznesinə və bütün dünya üzrə 5G şəbəkəsinin yayılmasına təsir göstərəcək. Aşağıda təqdim olunmuş qrafikin sol hissəsində Huawei şirkətinə öz məhsullarını satan şirkətlər və bundan əldə olunan gəlirlər əks olunub. Qrafikin sağ hissəsində isə Huawei-dən daha çox asılı olan şirkətlər və bu biznes çərçivəsində Huawei şirkətinin əldə etdiyi gəlirlər əks olunub.