main-post-cover

    ABŞ'ın hərbi hava qüvvələri SpaceX şirkətinin Starlink layihəsinin ilk müştərisi oldu

    Elm & Texnologiya
    24.10.2019
    Farid Pardashunas
        ABŞ-ın kosmik təchizat istehsalçısı olan SpaceX şirkəti öz sürətli Starlink peyk internetini ABŞ-ın hərbi hava qüvvələri vasitəsilə test edəcək. Bu barədə Reuters saytı xəbər verib. Beləliklə ABŞ-ın hərbi hava qüvvələri Elon Musk-ın bu yeni layihəsinin ilk müştərisi oldu. Starlink layihəsi çərçivəsində SpaceX şirkəti qlobal yüksək sürətli internetin təqdim ediməsi üçün Yer kürəsinin aşağı orbitlərinə 30.000 ədəd peyk yerləşdirəcək.
        “Biz, ABŞ-ın hərbi hava qüvvələrinin təyyarələrinin salonlarında yüksək sürətli interneti təqdim edirik. Hal hazırda bizim əməkdaşlarımız imkanları test etməklə hər şeyin lazımi şəkildə necə reallaşdırılacağını müşahidə edirlər” - deyə şirkət prezidenti bildirib. Qeyd etmək lazımdır ki, ABŞ-ın hərbi hava qüvvələri 2018-ci ilin əvvəlində Global Lightning proqramı çərçivəsində SpaceX şirkəti ilə əməkdaşlığa start vermişdi.
        Onlar artıq SpaceX-in iki peykindən istifadə edərək hərbi nəqliyyat təyyarələrinin havada olduqları zaman onlara məlumatların ötürülməsini reallaşdırıblar. Bu test çərçivəsində şirkətin peykləri təyyarələri saniyədə 610 Mbit sürətli internet ilə təmin ediblər. Bu cür sürət vasitəsilə hansısa filmi 1 dəqiqədən az müddətə yükləmək olar. Qeyd etmək lazımdır ki, bu ilin may ayında şirkət Yer kürəsinin orbitinə 60 ədəd peyk göndərmişdi. Gələn ay daha 60 peykin göndərilməsi planlaşdırılır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər