ABŞ hökuməti Telegram'ın istifadəçi kütləsi və Gram kriptovalyutası barəsində məlumatlar verdi

ABŞ hökuməti Telegram'ın istifadəçi kütləsi və Gram kriptovalyutası barəsində məlumatlar verdi

Texnologiya
17.10.2019 PAYLAŞIM

    ABŞ-ın dəyərli kağızlar və birjalar üzrə komissiyası (SEC) Telegram messencerinin istifadəçi kütləsinin miqyasını qiymətləndirib və Gram kriptovalyutasının ICO təfərrüatlarını ortaya çıxardıb. Bu mövzular barəsində məlumatlar komissiyanın bir müddət bundan öncə qaldırdığı məhkəmə iddiasında əks olunublar. Qeyd etmək lazımdır ki, həmin iddia vasitəsilə komissiya Gram kriptovalyutasının ABŞ-da istifadəyə verilməsinin bir müddətlik qadağan edilməsinə nail olmuşdu. Məhkəmə iddiasının məlumatları barəsində The Bell saytı xəbər verib. Beləliklə SEC-in məhkəmə iddiasında Telegram və onun kriptovalyuta layihəsi barəsində 100-ə yaxın fakt var. Onlardan bəziləri aşağıdakı kimidir:

- SEC-in hesablamalarına əsasən Telegram-ın aylıq istifadəçi kütləsi 300 milyondur. Sonuncu dəfə Telegram öz istifadəçi kütləsi barəsində məlumatı 2018-ci ilin yaz fəslində vermişdi. Həmin vaxtda bu göstərici aylıq 200 milyon istifadəçi idi.


- Telegram-ın TON adlı blockchain platformasına ABŞ-dan minimum 39 investor investisiya yatırıb. Onlar 424.5 milyon dollar dəyərində 1 milyard Gram tokeni alıblar. Daha öncədən məlum idi ki, Durov qardaşları TON layihəsinə 2 raundlu investisiya prosesi çərçivəsində 1.7 milyard dollar vəsait cəlb edə biliblər.

- Gram kriptovalyutasının qaydalarına əsasən investorlar onları əldə edəndən 3, 6, 9, 12 ay sonra 25%-dən çox olmayaraq onları tranşlarla sata bilərlər. Bu üsulla kriptovalyuta yaradıcıları özlərini token qiymətlərinin anidən aşağı enməsindən sığortalayıblar.

- SEC-in fikrincə Durov qardaşları TON-un yaradılması üçün lazım olan məbləğdən daha çoxunu yığıblar. İnvestorlar isə öz məbləğlərinin nəyə xərcləndiyini idarə etmirlər. SEC-in əldə etdiyi məlumata əsasən Telegram və TON yaradıcıları bu ilin yanvar ayının 31-nə kimi keçən il yığdıqları 1.7 milyard dollar vəsaitdən 218 milyon dolları xərcləyiblər.

    1 oktyabr tarixində SEC məhkəmə vasitəsilə iki şirkətə (Telegram GroupTON Issuer) Gram-ın istifadəyə verilməsini qadağan etmişdi. Komissiya hesab edir ki, kriptovalyuta yaradıcıları investisiyaları tokenlər müqabilində əldə ediblər, lakin satışları dəyərli kağızlar ilə müqavilə kimi qeydiyyata almayıblar. ABŞ qanunvericiliyi isə bunu tələb edir. Bu məhdudlaşdırıcı qərarın fonunda Pavel Durov, TON layihəsinin istifadəyə verilməsinin təxirə salınacağını istisna etməyib. Hələ bir neçə müddət bundan öncə məlumat verilmişdi ki, TON layihəsi bu ilin 31 dekabr tarixinə kimi istifadəyə verilməlidir. Əks halda şirkət yığılmış vəsaitləri investorlara geri qaytarmalı olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


30% daha sürətli çalışma: Snapdragon 875 prosessoru AnTuTu testindən keçib..

Qualcomm şirkəti Snapdragon 875 flaqman prosessorunun təqdimatına hazırlaşır və bu səbəbdən də insay..


Huawei şirkəti 200 vatt gücündə sürətli şarj texnologiyasını yaradıb: Lakin bir ..

Bir neçə müddət bundan öncə təqdim edilmiş Huawei Mate 40 Pro smartfonu 66 vatt gücündə sürətli şarj..


Hal hazırda bazarda olan ən yaxşı avtopilot sistemi hansıdır?

İnternetdə Tesla elektromobillərində olan avtopilot sistemi haqqında çoxlu sayda müsbət rəylərə rast..


Google ilə rəqabət yoxsa monopoliya qorxusu?: Apple şirkəti özünün axtarış siste..

Financial Times saytının verdiyi məlumata əsasən Apple şirkəti özünün axtarış sisteminin hazırlanmas..


Starlink-in ictimai beta test mərhələsi: Xüsusi təchizatın qiyməti ilə aylıq abu..

SpaceX şirkəti Starlink peyk internetinin ictimai beta test mərhələsinə start verildiyini elan edib...


Apple AirPower naqilsiz şarj stansiyasının aqibəti necə oldu?

3 il bundan öncə Apple şirkəti AirPower adlı naqilsiz şarj stansiyasını təqdim etmişdi.

×