main-post-cover

    ABŞ hökuməti Huawei şirkətinin öz regionunda fəaliyyəti üçün lisenziya müddətini uzatdı

    Elm & Texnologiya
    19.11.2019
    Emil Nəcəfov
        ABŞ şirkətləri ilə Huawei arasındakı biznesin davam erdirilməsi yolunda ABŞ hökuməti tərəfindən təqdim edilmiş lisenziya müddətinin bitməsi nəticəsində əvvəlcədən də gözlənildiyi bu lisenziya yenidən 90 gün müddətinə uzadılıb. Bu barədə 9to5google saytı xəbər verib. ABŞ regionunda fəaliyyətin davam etdirilməsi üçün nəzərdə tutulmuş lisenziyanın müddətinin uzadılmasına baxmayaraq Huawei şirkəti hələ də ABŞ hökumətinin qara siyahısındadır.
        ABŞ şirkətləri isə Huawei ilə çalışmaq üçün hökumətdən xüsusi icazə almalıdırlar. Lisenziya müddətinin uzadılmasının əsas səbəb kimi ABŞ-ın ticarət naziri Wilbur Ross ölkənin kənd təsərrüfatı sahəsindəki istifadəçiləri qeyd edib. Onun sözlərinə əsasən ölkənin bəzi regionlarında elə şəbəkə təchizatları var ki, onları tez bir zamanda əvəz etmək çətin məsələdir. Nazirin sözlərinə əsasən yeni lisenziya müddətinin təyin edilməsnin əsas məqsədi yerli biznesin Huawei-dən asılılığını aşağı salmaqdır. 
    Linki kopyala