main-post-cover

    ABŞ-da təkrar emala yararlı olan yaşayış evi çap edilib (VİDEO)

    Elm & Texnologiya
    29.11.2022
    Farid Pardashunas
        ABŞ-da ilk dəfə 3D printer vasitəsilə tam yaşayış evi çap edilib. Bununla belə sözügedən ev tamamilə bioloji xammaldan hazırlanıb. 3D printer vasitəsilə çap edilmiş yaşayış evi BioHome 3D adını əldə edib. BioHome 3D adlı yaşayış evi Men Universitetinin Qabaqcıl Strukturlar və Kompozitlər Mərkəzinin (ACSS) tədqiqatçılar qrupunun təcrübəsi çərçivəsində çap edilib. Sözügedən ev 4 moduldan ibarətdir. Tədqiqatçıların sözlərinə əsasən evin divarları, döşəməsi və tavanı taxta lifindən bioqətrandan hazırlanıb. Bununla yanaşı BioHome 3D yüksək səviyyəli istilik izolyasiyasına sahibdir və təkrar emal üçün yararlıdır.
        Dəqiq çap texnologiyası öz növbəsində BioHome 3D-də inşaat tullantılarını aradan qaldırmağa imkan verib. Sözügedən evin hazırlanması üçün cəmi 12 saat vaxt lazım olub. Evə elektrik şəbəkəsinin qoşulmasında isə bir nəfər mühəndis iştirak edib və buna 2 saat vaxt sərf edib. ABŞ-ın Men ştatında aşağı gəlir səviyyəsinə sahib kirayəçilər öz gəlirlərinin 50%-ni məhz yaşayış evlərinə xərcləyirlər. Bundan əlavə olaraq ABŞ-da aşağı qiymət göstəricisinə sahib yaşayış evlərinə böyük tələbat var. Tədqiqatçıların sözlərinə əsasən 3D printerlər vasitəsilə çap edilən yaşayış evləri bu problemin həlli ola bilərlər. Məlumatda qeyd edilib ki, BioHome 3D adi evlər ilə müqayisədə daha ucuz qiymətə başa gəlir. Lakin onun dəqiq qiyməti barəsində məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər